Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstan Prezidenti Konstantinos Tasulası İstanbulda qəbul edəcək.
Bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında paylaşım edib.
TÖVSİYƏ EDİLƏN
B.Duranın açıqlamasında deyilir: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 2026-cı il noyabrın 28-də Yunanıstan Prezidenti Konstantinos Tasulasla İstanbulda görüş keçirəcək”.
Paylaşımda həmçinin ikitərəfli görüşün Dolmabahçe İş Ofisində keçiriləcəyi qeyd olunub.
MƏNBƏ:TRT




















