TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan incəsənət liseyi şagirdləri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Noyabr – Müəllimlər Günü münasibətilə Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan “Müəllimlərə Hörmət Gecəsi” proqramında çıxış edən incəsənət liseyi şagirdləri ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan incəsənət liseyi şagirdləri ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan incəsənət liseyi şagirdləri ilə görüşüb / Anadolu Agency (Wire)
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 Noyabr – Müəllimlər Günü münasibətilə Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan “Müəllimlərə Hörmət Gecəsi” proqramında çıxış edən incəsənət liseyi şagirdləri ilə görüşüb.

Dünən keçirilən proqramda incəsənət liseyi şagirdləri “Kim var?” adlı musiqi və teatr tamaşası ilə çıxış ediblər. Ərdoğan AK Partiyanın İstanbul millət vəkili Yücel Arzen Hacıoğullarının bədii rəhbərliyi ilə səhnələşdirilən tamaşanın iştirakçıları ilə görüşüb.

Şagirdlərlə söhbət edən və xatirə şəkli çəkdirən Rəcəb Tayyib Ərdoğan onlara müraciət edərək deyib: “Hamınızı təbrik edirəm. Çox uğurlu çıxış etdiniz, möhtəşəm idi”.