TÜRKİYƏ
1 dəqiqə oxuma
“Türkiye Petrolleri” şirkəti Avstriya və Rumıniya ilə 5 illik anlaşma memorandumu imzalayıb
Energetika naziri Alparslan Bayraktar “Türkiye Petrolleri” şirkəti (TPAO) mərkəzi qərargahı Avstriyada yerləşən OMV və mərkəzi qərargahı Rumıniyada yerləşən "OMV Petrom" arasında...
“Türkiye Petrolleri” şirkəti Avstriya və Rumıniya ilə 5 illik anlaşma memorandumu imzalayıb
Nazir Bayraktar TPAO-nun Avstriya və Rumıniya ilə 5 illik anlaşma memorandumu imzaladığını bildirdi (ARXİV) / َAA
 

Energetika naziri Alparslan Bayraktar “Türkiye Petrolleri” şirkəti (TPAO) mərkəzi qərargahı Avstriyada yerləşən OMV və mərkəzi qərargahı Rumıniyada yerləşən "OMV Petrom" arasında 5 illik anlaşma memorandumunun imzalandığını açıqlayıb.

Nazir Alparslan Bayraktar sosial mediada etdiyi paylaşımda bunları deyib:

"Bu imzanı ötən il Rumıniya ilə institusional zəmində davam etdirdiyimiz görüşlərin də daxil olduğu regional enerji diplomatiyamızın və Avropadakı strateji əməkdaşlıqlarımızı dərinləşdirmək iradəmizin konkret təzahürü kimi görürük.

Tərəflərin texniki, ticari və əməliyyat səriştələrini bir araya gətirən bu razılaşma ilə məlumat və təcrübə mübadiləsi ilə yanaşı, başda Türkiyə və Qara dəniz bölgəsi olmaqla, ortaq maraq doğuran beynəlxalq quru və dəniz sahələrində neft və təbii qaz kəşfiyyatı, işlənməsi, hasilatı və infrastruktur layihələrindəki imkanları birlikdə dəyərləndirəcəyik.

TPAO-nun qlobal fəaliyyətini genişləndirəcək, enerji təchizatı müxtəlifliyimizi artıracaq və regional enerji təhlükəsizliyinə güclü töhfələr verəcək bu strateji addımın ölkəmiz və bütün tərəflər üçün xeyirli olmasını arzulayıram".