TÜRKİYƏ
2 dəqiqə oxuma
Sıfır Tullantı Muzeyi dünyanın dörd bir tərəfindən gələn iştirakçıları qəbul edib
COP31-də yer alan və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan tərəfindən açılışı edilən "Sıfır tullantı" muzeyi zirvə boyunca dünyanın dörd bir tərəfindən gələn iştirakçıları qəbul etdi
Sıfır Tullantı Muzeyi dünyanın dörd bir tərəfindən gələn iştirakçıları qəbul edib
Sıfır Tullantı Muzeyi dünyanın dörd bir tərəfindən gələn iştirakçıları qəbul edib / Anadolu Agency (Wire)
 

Türkiyənin ev sahibliyi ilə Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası tərəflərinin 31-ci konfransı (COP31) 12-ci gününü geridə qoyub. “Mavi” zonada danışıqlar davam edir, “Yaşıl” zonada isə "Maliyyələşdirmə və Təşviqlər Günü" mövzusunda tədbirlər keçirilir.

“Sıfır tullantı” fondunun fəxri sədri və BMT-nin “Sıfır tullantı” üzrə Yüksək Səviyyəli Şəxslərdən ibarət Məsləhət Şurasının sədri Əminə Ərdoğanın himayəsi ilə, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin koordinasiyasında 27 sentyabr 2017-ci ildə başladılan "Sıfır tullantı" təşəbbüsü qlobal ekoloji hərəkata çevrilib. Bu təşəbbüs sammitdə bir çox istiqamətdə diqqət mərkəzindədir.

COP31 Rəhbərliyinin 10 prioritet fəaliyyət gündəliyinə və 2035-ci ilədək qlobal hədəflərinə daxil olan “Sıfır tullantı” modelini Türkiyə dünyaya tullantı və metan emissiyalarının azaldılması üzrə yol xəritəsi kimi təqdim edir. Tullantı yaranmasındakı artımın 2035-ci ilədək yarıya endirilməsi qlobal hədəf kimi qarşıya qoyulub.

“Sıfır tullantı” təşəbbüsü COP31 münasibətilə 9-cu ilini "0-dan COP31-ə Dünya üçün Birlikdə" şüarı ilə qeyd edir. Bu çərçivədə Antalyadakı COP31 məkanının “Mavi” zonasında “Sıfır tullantı” fondu tərəfindən Sıfır Tullantı Muzeyi yaradılıb. Noyabrın 11-də Əminə Ərdoğanın və çoxsaylı qonaqların iştirakı ilə açılan muzey sammit boyunca 196 ölkədən gələn iştirakçıları və nümayəndələri qəbul edib.

Beş yarpaq formasında dizayn edilmiş 3 700 kvadratmetrlik Sıfır Tullantı Muzeyində “Sıfır tullantı” tətbiqlərinin tarixi inkişafı, tullantıların ətraf mühitə təsiri, təkrar emal və yenidən istifadə prosesləri, habelə təbii ehtiyatların qorunması barədə məlumat verilir.

Muzeyin ziyarətçiləri gələcəyə ünvanlanmış mesajlarını rəqəmsal formada "2035 Mesaj Divarı"na yazır, foyedəki zeytun ağacına isə arzularını yazıb asırlar. “Mavi” zonadakı muzeydə forum səhnəsi və iclas zalları da yerləşir.

"Sıfır Tullantı Muzeyi böyük maraq doğurur"

Muzeylə bağlı məlumat verən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Ətraf Mühitin İdarə Edilməsi Baş İdarəsinin rəhbəri Fatih Turan “Sıfır tullantı”nın Türkiyənin dünyaya təqdim etdiyi ən mühüm layihələrdən biri olduğunu vurğulayıb.

Turan deyib: "BMT Baş katibi Quterreşin xanım Əminə Ərdoğan və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla görüşlərində əsas mövzu həmişə “Sıfır tullantı” olub. Bu, dünyaya təqdim etdiyimiz ən mühüm layihələrdən biridir. Onun tətbiqlərinin COP31-də nümayiş olunduğu və Türkiyə olaraq bu prosesdə hansı mərhələyə gəldiyimizin göstərildiyi Sıfır Tullantı Muzeyi böyük maraq doğurur".