Türkiyə Misirdə baş vermiş tanker yanğını nəticəsində həyatını itirənlərlə bağlı bu ölkənin xalqına başsağlığı verib.
Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçirildiyi bildirilib.
TÖVSİYƏ EDİLƏN
Açıqlamada "Faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına və Misir xalqına başsağlığı, yaralılara isə tezliklə şəfa diləyirik" ifadələri işlədilib.
Qeyd edək ki, Misirin paytaxtı Qahirənin qərbindəki Giza şəhərində neft yüklənmiş tankerdə baş verən yanğın nəticəsində 31 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.















