TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə husilərin Ər-Riyaddakı Maliyyə Mərkəzinə təşkil etdiyi hücumu pisləyib
Türkiyə husilər tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Abdullah Maliyyə Mərkəzinə edilən hücumu qətiyyətlə pisləyib
Türkiyə husilərin Ər-Riyaddakı Maliyyə Mərkəzinə təşkil etdiyi hücumu pisləyib
Türkiyə husilərin Ər-Riyaddakı Maliyyə Mərkəzinə təşkil etdiyi hücumu pisləyib / АА
 

Türkiyə husilər tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Abdullah Maliyyə Mərkəzinə edilən hücumu qətiyyətlə pisləyib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Bəyanatda deyilir:"Husilər tərəfindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Abdullah Maliyyə Mərkəzinə edilən hücumu qınayır, yaralılara tezliklə şəfa diləyirik."

Mülki obyektləri hədəf alan, eləcə də regional sülh və təhlükəsizliyi təhdid edən bu cür hücumlara dərhal son qoyulmasının vacibliyini vurğulayan rəsmi Ankara Səudiyyə Ərəbistanına dəstəyini ifadə edib.

Xatırladaq ki, Yəməndəki böhran 2014-cü ilin sentyabrında husilərin paytaxt Sənanı və ölkənin bir sıra digər bölgələrini ələ keçirməsindən sonra dərinləşib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından etibarən beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinə hərbi dəstək verməyə başlayıb.

2022-ci ilin aprelində əldə edilən atəşkəs ölkədə qısamüddətli sakitlik yaratsa da, iyulda yenidən başlayan toqquşmalar bölgədəki nəzarət xəritəsini dəyişdirib. Hazırda Yəmən hökumətinin nəzarətindəki ərazilərə hücumları intensivləşdirən husilər Səudiyyə Ərəbistanını da ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf almağa davam edirlər.