Terror təşkilatı PKK/KCK İraqın şimalındakı Hakurk bölgəsində yerləşən daha 14 sığınacağı boşaldıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, bölgədə sabitliyin və əmin-amanlığın təmin olunması məqsədilə həyata keçirilən "Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi" vizyonu çərçivəsində mühüm addımlar atılır.
Türkiyənin təhlükəsizliyi üçün risk yaradan sığınacaqların boşaldılması istiqamətində görülən tədbirlər nəticəsində təşkilat 2026-cı il oktyabrın 8-də İraqın şimalındakı Metina və Baze bölgələrində yerləşən Hebat, Yajk, Sabri və Sason sığınacaqlarını boşaltmışdı.
Qeyd edək ki, noyabrın 18-də Hakurk bölgəsindəki Ciğer Tepe, Şerif, Alişer, Kendekola, PAJK, Baran Cephanelik, Hınere/Xəstəxana, Terzihane, Mazlum Doğan, Pratik Yönetim, Cephanelik, Yusuf-Asayış, Hemin və Cesur sığınacaqları da daxil olmaqla daha 14 məntəqə boşaldılıb.
Milli Müdafiə Nazirliyi sözügedən ərazilərdəki mağara və sığınacaqların tamamilə istifadəyə yararsız hala salınacağını açıqlayıb.
Mənbələr qeyd edir ki, bu müsbət irəliləyiş prosesin ən mühüm mərhələsi sayılan tərksilahın yekunlaşmaq üzrə olduğunu göstərir və region ölkələrinin təhlükəsizliyi ilə siyasi sabitliyinə töhfə verir












