TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident Ərdoğan: "Terrorsuz Türkiyə prosesi təkcə təhlükəsizlik siyasətindən ibarət deyil"
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
Prezident Ərdoğan: "Terrorsuz Türkiyə prosesi təkcə təhlükəsizlik siyasətindən ibarət deyil"
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət etdi / Anadolu Agency (Wire)
 

Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Dövlət başçısı Ərdoğan müraciətində deyib: "Xüsusilə, Terrorsuz Türkiyə prosesini mümkün olan ən geniş siyasi və ictimai razılıqla irəli aparmaq niyyətindəyik. Lakin belə bir məsələnin siyasi şantaj vasitəsinə çevrilməsinə də icazə vermərik".

Terrorsuz Türkiyə prosesinin təkcə təhlükəsizlik siyasətindən ibarət olmadığını bildirən Ərdoğan sözlərini belə davam etdirib:

"Terror problemi aradan qalxdıqda, təbii ki, Türkiyənin bütün xroniki problemləri həll olunmuş olmayacaq. Qarşımızda mülki siyasətin həll potensialının gücləndirilməsi, demokratiyanın çevriliş konstitusiyası utancından xilas edilməsi, milli həmrəyliyin və ictimai inteqrasiyanın möhkəmləndirilməsi kimi bir çox məsələlərimiz var və olacaq. Dünya dəyişdikcə, Türkiyə dəyişdikcə cəmiyyətin gözləntiləri də dəyişəcək və bunlar siyasət institutunun gündəminə gələcək. Siyasətin mahiyyəti dialoqdur, müzakirədir, razılıq içində rəqabətdir. Bizim ilk gündən bəri mövqeyimiz bəllidir. Kim töhfə vermək istəsə, kim bizə bir həll təklifi gətirsə, biz bunu məmnuniyyətlə qarşılayarıq. Xüsusilə, Terrorsuz Türkiyə prosesini mümkün olan ən geniş siyasi və ictimai razılıqla irəli aparmaq niyyətindəyik. /…/. Biz proses necə başlayıbsa, bu günlərə necə gəlibsə, mənzil başına çatana qədər elə də davam etməsini arzu edirik".