Rusiya Baş nazirinin müavini Aleksandr Novak Türkiyə ilə uzunmüddətli layihələri həyata keçirmək sahəsində təcrübəyə malik olduqlarını bildirərək, qarşılıqlı hörmət və etimad əsasında tərəfdaşlığı inkişaf etdirməyə hazır olduqlarını söyləyib.
Rusiya hökumətindən verilən açıqlamaya görə, Aleksandr Novak Türkiyədəki təmasları çərçivəsində vitse-prezident Cevdet Yılmaz və energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.
Novak açıqlamada bildirib ki, iki ölkə onillikləri əhatə edən layihələri reallaşdırmaq sahəsində təcrübəyə malikdirlər. Bu cür təşəbbüsləri birlikdə yekunlaşdıra bilməyimiz münasibətlərimizə sabitlik qazandırır. Rusiya qarşılıqlı hörmət və etimad əsasında bu tərəfdaşlığı inkişaf etdirməyə davam etməyə hazırdır.
Rusiya ilə Türkiyə arasında intensiv və konstruktiv dialoq aparıldığını bildirən Novak Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının 20-ci iclasında ikitərəfli münasibətlərin gündəliyindəki bütün məsələləri hərtərəfli şəkildə dəyərləndirməyi planlaşdırdıqlarını qeyd edib.
Görüşlərdə ticari və iqtisadi əlaqələrlə yanaşı, energetika sektorundakı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş məsələlər müzakirə olunub.
Türkiyəyə işgüzar səfər edən Novak Kocaelidə Gebze Kimya İxtisaslaşmış Sənaye Zonasında inşa edilən “TN Maleik” neft-kimya zavodunun açılışında da iştirak edib.















