Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Komissiyasının vitse-prezidenti Raffaele Fitto ilə Ankarada görüş keçirib. Bu barədə Türkiyə Xarici işlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı nazir H.Fidan R.Fittonun Türkiyə ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsi istiqamətindəki fəaliyyətini və oynadığı konstruktiv rolu təqdirlə qarşılayır. O, həmçinin Türkiyənin Aİ ilə münasibətlərə və əməkdaşlığa verdiyi önəmi vurğulayıb.
Türkiyə ilə Aİ-nin ortaq maraqlar əsasında mühüm addımlar ata biləcəyini bildirən nazir H.Fidan "Türkiyə-Aİ münasibətlərinin gələcəyinin Cənubi Kipr Administrasiyası (CKRA) tərəfindən girov götürülməsinə icazə verilməsinin" doğru strategiya olmadığını diqqətə çatdırıb.
Nazir H.Fidan Gömrük İttifaqının yenilənməsinin Türkiyə və Aİ-nin ortaq iqtisadi maraqlarına xidmət edəcəyini də ifadə edib. O, bu məsələnin Kipr problemi ilə əlaqələndirilməməsinin vacibliyini vurğulayıb.














