DÜNYA
1 dəqiqə oxuma
İndoneziyada qızıl mədəni çöküb, onlarla insanın dağıntılar altında qaldığı ehtimal edilir
Dağıntılar altında qalan mədənçilərin dəqiq sayı hələlik məlum deyil
İndoneziyada qızıl mədəni çöküb, onlarla insanın dağıntılar altında qaldığı ehtimal edilir
(ARXİV) İndoneziyanın Mərkəzi Kalimantan vilayətinin Kapuas rayonundakı Timpah ərazisində yerləşən ənənəvi qızıl mədənlərinin havadan görünüşü, 12 fevral 2026-cı il. / AFP
 

Xilasetmə qrupları Qərbi Yavada su altında qalan mədəndə suyu çəkib boşaldır. Hadisədə itkin düşən mədənçilərin dəqiq sayı hələlik məlum deyil.

Yerli mətbuatın bildirdiyinə görə, İndoneziyada rəsmilər Qərbi Yava əyalətindəki qanunsuz bir qızıl mədənində onlarla insanın köməksiz qaldığından narahatlıq duyulması səbəbindən xilasetmə əməliyyatına başlayıblar.

"Jakarta Globe" qəzetinin xəbərinə görə, Boqor (Bogor) bölgəsindəki Çiquha (Ciguha) ərazisində yerləşən mədən noyarın 24-də axşam radələrində baş verən torpaq sürüşməsi nəticəsində qismən çöküb və su altında qalıb.

Çox sayda xilasetmə qrupu bölgədə axtarış işlərini davam etdirir və mədən quyusundakı suyu boşaltmağa çalışır. Lakin sel suları hələ çəkilmədiyi üçün əməliyyatın uzun çəkə biləcəyi bildirilir.

İlkin məlumatlara görə, mədənçilər iki ayrı quyuda işləyirdilər. Qruplardan birinin 16 nəfərdən ibarət olduğu, ikinci qrupdakı mədənçilərin sayının isə hələlik məlum olmadığı ifadə edilir.

Çiquha bölgəsi uzun müddətdir ki, qanunsuz qızıl hasilatı fəaliyyətləri ilə tanınır.