Cüdo üzrə Türkiyə milli idmançıları Özbəkistanda keçirilən Gənclər arasında Dünya Cüdo Çempionatında 2-si qızıl olmaqla 3 medal qazanıblar. Bu barədə Türkiyə Cüdo Federasiyasından məlumat verilib.
Bildirilir ki, Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan yarışın 3-cü günündə fərdi mübarizələr baş tutub.
Ay-ulduzlu idmançı Tuana Gülenay qadınlar arasında 78 kiloqram çəki dərəcəsində dörddəbir finalda yaponiyalı Kokoro Otavaya, yarımfinalda isə sloveniyalı Neza Hladnikə qalib gəlib. O, finalda rusiyalı Kristina Konovalovanı da məğlub edərək çempion olub.
Kişilər arasında 100 kiloqram üstü çəki dərəcəsində mübarizə aparan milli idmançı İbrahim Tataroğlu dörddəbir finalda özbəkistanlı Fazliddin Rafikovu, yarımfinalda isə qazaxıstanlı Adiljan Jaudinovu məğlub edərək finala yüksəlib. Finalda azərbaycanlı Ramazan Əhmədova qalib gələn milli idmançı çempionluq tituluna sahib çıxıb.
Gənc milli cüdoçu Emir Selim Arı isə kişilər arasında 90 kiloqram çəki dərəcəsində dörddəbir finalda iranlı Sepehr Noruziziveh, yarımfinalda isə rusiyalı Abdullah Süleymanovla qarşılaşaraq finala vəsiqə qazanıb. Finalda qırğızıstanlı Daniyar Melisova məğlub olan Emir Selim çempionatı gümüş medalla başa vurub.













