DÜNYA
1 dəqiqə oxuma
Burhanettin Duran: "Mən hər uşağın ümidlə, əminliklə böyüdüyü bir dünya arzulayıram"
"Əsasən Qəzzədə olmaqla, müharibələrin və qarşıdurmaların kölgəsində həyat mübarizəsi aparan uşaqların əzablarının sona çatdığı, hər bir uşağın sevgi, ümid və təhlükəsizlik içində böyüdüyü bir dünya arzulayıram"
Burhanettin Duran: "Mən hər uşağın ümidlə, əminliklə böyüdüyü bir dünya arzulayıram"
PrTürkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran / َAA
 

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "NSosyal" hesabındakı paylaşımında hər bir uşağın bərabər hüquqlarla, təhlükəsizlik və əmin-amanlıq içində böyüməsinin sağlam və xoşbəxt gələcəyin təməli olduğunu bildirib.

Burhanettin Duran "Başda Qəzza olmaqla, müharibələrin və münaqişələrin kölgəsində yaşamaq uğrunda mübarizə aparan uşaqların iztirablarının sona çatdığı, hər bir uşağın sevgi, ümid və güvən içində böyüdüyü bir dünya arzulayıram. Uşaqlarımızın təhsildən səhiyyəyə, təhlükəsizlikdən özlərini ifadə etmələrinə qədər hər bir sahədə öz hüquqlarına çata bilmələri gələcəyimizin təminatıdır. 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günündə başda Qəzza olmaqla, müharibələrin və münaqişələrin kölgəsində yaşamaq uğrunda mübarizə aparan uşaqların iztirablarının sona çatdığı, hər bir uşağın sevgi, ümid və güvən içində böyüdüyü bir dünya arzulayıram".