Türkiyə Statistika Qurumu (TÜİK) noyabr ayına dair istehlakçı inam indeksi məlumatlarını açıqlayıb.
Buna əsasən, TÜİK və Türkiyə Respublikası Mərkəzi Bankının əməkdaşlığı ilə həyata keçirilən İstehlakçı Meyli Sorğusunun nəticələrindən hesablanan istehlakçı inam indeksi oktyabrda 84,8 olduğu halda, bu ay 2,4 faiz artaraq 86,8 olub.
Cari dövrdə ev təsərrüfatının maddi vəziyyəti indeksi noyabrda aylıq 0,04 faiz yüksələrək 68,3-dən 68,4-ə qalxıb.
Növbəti 12 aylıq dövrdə ev təsərrüfatının maddi vəziyyət gözləntisi indeksi oktyabrda 86,4 ikən, 3,4 faiz artımla noyabrda 89,4 olaraq müəyyənləşib.
Ötən ay 81,7 olan növbəti 12 aylıq dövrdə ümumi iqtisadi vəziyyət gözləntisi indeksi bu ay 2,9 faiz yüksələrək 84,1 olaraq hesablanıb.
Növbəti 12 aylıq dövrdə uzunmüddətli istifadə mallarına xərc çəkmək düşüncəsi indeksi də ötən ay 102,7 ikən, bu ay 2,5 faiz artımla 105,3 olub.




















