Ukrayna Prezidenti Volodimir Zelenski Liviya sahillərində Rusiyaya məxsus "MV Angara" yük gəmisinə və Rusiya Hərbi Dəniz Qüvvələrinin "Merkuri" korvetinə hücumlar təşkil edildiyini açıqlayıb.
Ukrayna lideri rəsmi internet səhifəsində etdiyi paylaşımda ölkəsinin Rusiyanın hərbi hücumlarına cavab verməyə davam etdiyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və digər təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Liviya sahillərində Rusiyanın "Merkuri" gəmisi vurularaq batırılıb.
"Korvetlə yanaşı, göyərtədəki bir ədəd "Ka-27" döyüş helikopteri də məhv edilib",deyə Ukrayna Prezidenti vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, Rusiya tərəfindən silah daşınması üçün istifadə olunduğu bildirilən "MV Angara" yük gəmisinə qarşı Ukrayna istehsalı olan yeddi pilotsuz sualtı aparatla hücum həyata keçirilib.












