Bazar günü gecə saatlarında Berlinin Lixtenberq rayonundakı xəstəxanalardan birində baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb.
Rəsmi qurumların məlumatına görə, yanğın xəstəxana binasının birinci mərtəbəsində yerləşən palatalardan birində başlayıb. Tüstünün qısa müddətdə binanın digər hissələrinə yayılması səbəbindən xəstəxana tamamilə təxliyə edilib.
Berlin Yanğınsöndürmə İdarəsindən verilən məlumata əsasən, ağır xəsarət alan iki nəfər təcili tibbi yardım briqadalarının müşayiəti ilə digər xəstəxanalara köçürülüb. Yüngül xəsarət alan 13 nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
TÖVSİYƏ EDİLƏN
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Mənbə: Berlin Yanğınsöndürmə Xidməti













