2026-cı ilin əvvəlindən bəri İsrail ordusunun 23 hərbçisi intihar edib. Bu, son 16 ilin ən yüksək göstəricisidir.
İsrailin "Haaretz" qəzetində dərc olunan hesabata görə, orduda intihar halları xüsusilə 2023-cü ilin oktyabrında Qəzza zolağına qarşı hərbi əməliyyatlar başladıqdan sonra artıb.
Məlumata əsasən, müharibədən əvvəlki 10 il ərzində İsrail ordusunda orta illik intihar sayı 12 nəfər təşkil edib. Lakin 2023-cü ilin oktyabrından ilin sonunadək 7, 2024-cü ildə 21, 2025-ci ildə isə xidmətdə olan 22 hərbçi həyatına son qoyub. Cari ildə qeydə alınan 23 faktla bu göstərici son 16 ilin rekord həddinə çatıb.
İsrail mediası bu artımı Qəzzada davam edən uzunmüddətli hərbi əməliyyatların yaratdığı ağır psixoloji gərginlik və travma sonrası stress pozğunluğu (TSSB) ilə əlaqələndirir.











