DÜNYA
1 dəqiqə oxuma
Ukrayna: Rusiyanın müxtəlif hücumlarında 14 mülki şəxs ölüb
Putin, Ukraynanın Krım körpüsünə qarşı son hücumlarına ciddi cavab verəcəklərini bildirmişdi
Ukrayna: Rusiyanın müxtəlif hücumlarında 14 mülki şəxs ölüb
Dimerdə beşmərtəbəli binaya edilən hücumda həyatını itirənlərin sayı 10-a yüksəlib. / AFP (Wire)
 

Rusiya ordusunun Ukraynanın Kiyev və Dnepropetrovsk vilayətlərinə təşkil etdiyi hava hücumlarında 14 nəfərin həyatını itirdiyi bildirilib.

Paytaxt Kiyevdən təxminən 45 km şimalda yerləşən Dimerdə beşmərtəbəli binaya endirilən zərbə nəticəsində ölənlərin sayı 10-a yüksələrkən, Kiyev vilayətinin hərbi qubernatoru Timur Tkaçenko (Tymour Tkatchenko) "Telegram" vasitəsilə verdiyi açıqlamada dağıntılar altında axtarış işlərinin davam etdiyini bildirib.

Tkaçenko həmçinin xilasedicilərin bir uşaq ilə 79 yaşlı bir qadını dağıntılar altından sağ çıxarmağa müvəffəq olduqlarını qeyd edib.

Supermarket hədəf alınıb

Vışneve qəsəbəsində isə bir supermarketə edilən Rusiya hücumu nəticəsində üç uşaq həyatını itirib, 15 nəfər isə yaralanıb. Bölgədə bir evə təşkil edilən hücum nəticəsində isə daha bir nəfərin həyatını itirdiyi bildirilib.

Hücumlar Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Krım körpüsünə yönəlmiş son hücumlarına ciddi cavab verəcəklərini söyləməsindən sonra baş verib.