ABŞ-nin ən böyük neft emalı zavodlarından birində partlayış baş verib
Texas ştatında yerləşən “Valero” neft emalı zavodunda partlayışdan sonra güclü yanğın meydana gəlib
ABŞ-nin ən böyük neft emalı zavodlarından birində partlayış baş verib / AP
Texas ştatının Port Artur şəhərində yerləşən “Valero” neft emalı zavodunda partlayış baş verib və ardınca genişmiqyaslı yanğın yaranıb. Bu barədə ABŞ-nin yerli media orqanları məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə dərhal təcili yardım və fövqəladə hallar xidməti cəlb edilib. Partlayışdan sonra səmaya qalın qara tüstü və alov yüksəlib. Yayılmış görüntülərdə hadisə yerində böyük yanğının baş verdiyi aydın görünür.
Qeyd edək ki, sözügedən zavod gündəlik 335 min bareldən artıq emal gücü ilə ABŞ-nin ən iri neft emalı müəssisələrindən biri hesab olunur.
Hazırkı vaxta qədər hər hansı yaralanma halı qeydə alınmayıb.