MƏDƏNİYYƏT
1 dəqiqə oxuma
Misirdə Napoleonun 228 il əvvəl batan donanmasına aid tarixi əsərlər sərgilənib
Sərgilənən eksponatlar arasında silahlar, sikkələr, boşqab və çəngəl kimi məişət əşyaları, eləcə də gəmi qalıqlarına aid hissələr yer alıb
Misirdə Napoleonun 228 il əvvəl batan donanmasına aid tarixi əsərlər sərgilənib
Misir Sivilizasiyası Milli Muzeyi (ARXİV) / Anadolu Agency (Wire)
 

Misirin Turizm və Tarixi Əsərlər Nazirliyi tərəfindən paytaxt Qahirədəki Misir Mədəniyyəti Milli Muzeyində "Napoleonun donanması: Dənizin danışdığı hekayələr" adı ilə sərgi açılıb. Burada Aralıq dənizinin dərinliklərindən çıxarılan tarixi qalıqlar nümayiş etdirilib.

Su Altı Tarixi Əsərlər Baş İdarəsinin yaradılmasının 30-cu ildönümü münasibətilə Su Altı Mədəni İrs Günündə açılan sərgi çərçivəsində 1798-ci ildə baş vermiş Nil döyüşü zamanı Aralıq dənizində batan Napoleon Bonapartın donanmasına aid tarixi əsərlər və Misirin şimalındakı İsgəndəriyyə sahillərində batan Fransa gəmilərinə məxsus qalıqlar ziyarətçilərə təqdim olunub.

Nümayiş olunan eksponatlar arasında silahlar, sikkələr, boşqab və çəngəl kimi əşyalar, həmçinin gəmi qalıqlarına aid parçalar yer alıb.

Sərgi 1798-1801-ci illərdə Fransanın həyata keçirdiyi Misir yürüşü zamanı baş verən Nil döyüşünə işıqlandırır. Həmin döyüşdə ingiltərəli admiral Horatsio Nelsonun komandanlıq etdiyi donanma Fransa donanmasını məğlub edərək gəmilərinin bir hissəsini batırmışdı.

MƏNBƏ:TRT