Misirin paytaxtı Qahirənin qərbindəki Giza şəhərində neft məhsulları daşıyan tankerdə baş verən yanğında 31 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
Misir Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada hadisə yerinə 39 təcili tibbi yardım maşınının cəlb edildiyi, səhiyyə naziri Xalid Əbdülqəffarın bölgədəki xəstəxanaların hazırlıq səviyyəsinin yüksəldilməsi barədə göstəriş verdiyi qeyd olunub.
TÖVSİYƏ EDİLƏN
Digər tərəfdən, Misirin dövlət qəzeti "Əl-Əhram"ın xəbərinə görə, mülki müdafiə qrupları yanğını nəzarət altına alıb.
Rəsmilər yanğının başvermə səbəbi ilə bağlı hələlik məlumat paylaşmayıblar.














