DÜNYA
1 dəqiqə oxuma
İran: Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək alışıb
Tankerin İran tərəfindən "saxta və səlahiyyətsiz" hesab edilən marşrutla hərəkət etdiyi bildirilib
İran: Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək alışıb
(ARXİV) İran: Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək alışıb / TRT Azerbaycan
 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında "icazəsiz marşrutdan" istifadə etdiyini iddia etdiyi daha bir neft tankerinin minaya düşərək alışdığını bəyan edib.

SEPAH Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada səhər saatlarında Hörmüz boğazında üzən bir neft tankerinin minaya düşdüyü bildirilib.

Tankerin İran tərəfindən "saxta və icazəsiz" olaraq qəbul edilən marşrut üzrə hərəkət etdiyi və minaya düşməsi nəticəsində partlayaraq alışdığı ifadə edilib.

Açıqlamada həmçinin sözügedən tankerdəki partlayışdan sonra eyni marşrutla hərəkət edən iki neft tankerinin də SEPAH Hərbi Dəniz Qüvvələrinə tabe olan Hörmüz Boğazı Hərəkətə Nəzarət Mərkəzinin xəbərdarlığı ilə Fars körfəzinə geri döndüyü qeyd edilib.