İsrail ordusunun Qəzza zolağında atəşkəsə baxmayaraq pilotsuz uçuş aparatları (PUA) ilə təşkil etdiyi hücumlarda 2 fələstinli həyatını itirib, 8 fələstinli yaralanıb.
Şifa Xəstəxanası mənbələrindən əldə edilən məlumata görə, İsrail ordusunun Qəzza şəhərinin şimalındakı PUA hücumunda 26 yaşlı fələstinli Eymən Ziyad Saliha həyatını itirib, 1-i ağır olmaqla 3 nəfər yaralanıb.
Yerli mənbələrin məlumatına görə isə, İsrail PUA-sının ən azı bir raketlə Qəzza şəhərinin şimal-qərbindəki Əndəlüs Qülləsi ətrafında mülki şəxslərin olduğu nöqtəni hədəf alması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Digər tərəfdən, səhiyyə mənbələri Qəzza zolağının şimal-qərbindəki Sudaniyə bölgəsi ilə Beyt Lahiya qəsəbəsində İsrail ordusunun açdığı atəş nəticəsində 2 fələstinlinin yaralandığını qeyd edib.
İsrail ordusu Qəzza zolağında 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq hücumlar təşkil etməyə davam edir.
Qəzza zolağındakı Səhiyyə Nazirliyinin son açıqlamasına görə, atəşkəsdən bəri İsrail hücumlarında 1 679 fələstinli həyatını itirib, 6 min 100 nəfər isə yaralanıb.
İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayından bəri həyata keçirdiyi hücumlarda isə ümumi insan tələfatı 74 min 746-ya, yaralı sayı 176 min 234-ə çatıb.













