DÜNYA
1 dəqiqə oxuma
İsrailin Qəzzada yaşayış evinə endirdiyi zərbə nəticəsində eyni ailədən 4 nəfər həlak olub
İsrail ordusunun Qəzzada yaşayış evinə endirdiyi zərbə nəticəsində bir ailənin dörd üzvü həlak olub
İsrailin Qəzzada yaşayış evinə endirdiyi zərbə nəticəsində eyni ailədən 4 nəfər həlak olub
İsrailin Qəzzada yaşayış evinə endirdiyi zərbə nəticəsində eyni ailədən 4 nəfər həlak olub / Anadolu Agency (Wire)
 

Atəşkəs rejiminə baxmayaraq, İsrail ordusunun Qəzza zolağında yaşayış evinə endirdiyi zərbə nəticəsində eyni ailənin dörd üzvü həlak olub, bir neçə nəfər isə yaralanıb.

Yerli mənbələrin məlumatına görə, İsrailə məxsus helikopter Qəzza şəhərinin qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsindəki bir evi raketlə hədəf alıb.

Əş-Şifa Xəstəxanasının rəsmiləri hücum zamanı həyatını itirən ata, ana və iki qızının cəsədlərinin, eləcə də yaralanan digər ailə üzvlərinin tibb müəssisəsinə gətirildiyini təsdiqləyiblər.

Qeyd edək ki, İsrail ordusu 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.

Qəzza Səhiyyə Nazirliyinin son məlumatına əsasən, atəşkəs elan olunduğu gündən bəri İsrailin törətdiyi hücumlar nəticəsində 1 679 fələstinli həlak olub, 6 100 nəfər isə yaralanıb. 2023-cü ilin oktyabr ayından etibarən bölgədə ölənlərin ümumi sayı 74 746 nəfərə, yaralananların sayı isə 176 234 nəfərə çatıb.