DÜNYA
2 dəqiqə oxuma
İsrail ABŞ-dan havada yanacaq dolduran tankerlər alacaq
Vaşinqton müttəfiqi İsrailə hər il ABŞ silah və texnikası almaq üçün milyardlarla dollar verir
İsrail ABŞ-dan havada yanacaq dolduran tankerlər alacaq
ABŞ-ın havada yanacaq dolduran tankerləri
21 avqust 2025

Vaşinqton müttəfiqi İsrailə hər il ABŞ silah və texnikası almaq üçün milyardlarla dollar verir.

İsrail Müdafiə Nazirliyi ABŞ hərbi dəstəyi ilə maliyyələşdirilən 500 milyon dollarlıq müqavilə çərçivəsində "Boeing" istehsalı olan iki KC-46 hərbi hava yanacaq dolduran tanker almağı planlaşdırdığını açıqlayıb.

Nazirlik avqustun 20-də bəyan edib ki, müqavilə İsrailin müdafiə satınalma komitəsi tərəfindən təsdiqləndikdən sonra ABŞ hökuməti ilə imzalanacaq.

ABŞ hökuməti xarici hərbi satışlara və digər ölkələrə transferlərə nəzarət edir.

Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusu hazırda dörd Boeing istehsalı olan KC-46 havada yanacaq dolduran tankerlərdən istifadə edir.

Nazirliyin baş direktoru Əmir Baram bildirib ki, bu təyyarələr ordunun uzaqmənzilli strateji imkanlarını gücləndirəcək və daha ucqar ərazilərdə daha böyük güc və əhatə dairəsi ilə fəaliyyət göstərməyə imkan verəcək.

İsrail iyun ayında İrana qarşı 12 günlük hava müharibəsi zamanı belə havada yanacaq dolduran tankerlərdən istifadə edib.

Açıqlamada müqavilənin təyyarənin İsrail sistemləri ilə təchiz olunacağı bildirilsə də, sistemlərin təfərrüatları açıqlanmayıb.

Vaşinqton müttəfiqi İsrailə hər il Amerika silah və texnikası almaq üçün milyardlarla dollar verir.

Nazirlikdən verilən açıqlamada "Müqavilənin həcmi təxminən yarım milyard ABŞ dolları həcmində qiymətləndirilir və ABŞ-ın yardımı ilə maliyyələşdirilir" ifadələri yer alıb.

Bu yaxınlarda bəzi ABŞ respublikaçıları və demokratları İsrailin Qəzzada törətdiyi soyqırımı ilə bağlı narahatlıqlarını və vergi ödəyicilərinin pullarının daxili prioritetlərə xərclənməsinin daha yaxşı olub-olmayacağını əsas gətirərək hökumətin İsrailə hərbi dəstəyini davam etdirməsini tənqid ediblər.

Araşdırma
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib