İQTİSADİYYAT
1 dəqiqə oxuma
Ö.Bolat noyabr ayı üzrə ixracatda son 6 ayın rekordunun qırıldığını deyib
Türkiyənin ticarət naziri Ömər Bolat noyabr ayının sonunda yeni ixracat rekordunu açıqlayacaqlarını bildirib
Ö.Bolat noyabr ayı üzrə ixracatda son 6 ayın rekordunun qırıldığını deyib
Ticarət naziri Ömər Bolat / Anadolu Agency (Wire)
 

Türkiyənin ticarət naziri Ömər Bolat Belekdəki hotellərin birində təşkil olunan Türkiyə Kiçik Sahibkarlar və Sənətkarlar Kredit və Zəmanət Kooperativləri İttifaqları Mərkəzi Birliyinin (TESKOMB) Sahibkar Kooperativləri Nümayəndələrinin Toplantısında iştirak edib. Tədbirdə çıxış edən nazir Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Türkiyəyə yaraşan bir uğurla keçirildiyini söyləyib.

Bu ilin investisiyalar və ixracat artımları baxımından bərəkətli keçdiyini vurğulayan Ö.Bolat deyib: "10 gündən sonra noyabr ayı üzrə ixracat rekordunu açıqlayacağıq. Rəqəmlər müsbət gəlir. Bu mənada son 6 ayın bütün aylıq rekordlarını yenilədik. Bu qədər sıx aylıq rekordlar qırdığımız illər çox azdır. İlin sonunda kənd təsərrüfatı, sənaye və xidmətlər ixracatında da yenə çox gözəl rekord rəqəmlər açıqlayacağıq".

Türkiyə iqtisadiyyatının son 23 ildə təxminən 7 dəfə böyüdüyünü diqqətə çatdıran nazir Ö.Bolat ölkə iqtisadiyyatının 238 milyard dollardan iyun ayı etibarilə 1,7 trilyon dollara çatdığını bildirib.

Nazir həmçinin Türkiyənin sənaye, səhiyyə, ətraf mühit, turizm, energetika və müdafiə sənayesi sahələrində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.

MƏNBƏ:TRT