DÜNYA
2 dəqiqə oxuma
Misir Qəzza üçün sülhməramlı missiya təşkil etmək barədə BMT-nin təcili tədbirlər görməsinə çağırıb
Misirin xarici işlər naziri Bədr Əbdüləti mövzuya dair açıqlamasını Netanyahunun atəşkəsi dayandırıb Qəzzada müharibəni yenidən başlatması ehtimalı ilə bağlı...
Misir Qəzza üçün sülhməramlı missiya təşkil etmək barədə BMT-nin təcili tədbirlər görməsinə çağırıb
Misirin xarici işlər naziri Bədr Əbdüləti / Reuters

Misirin xarici işlər naziri Bədr Əbdüləti mövzuya dair açıqlamasını Netanyahunun atəşkəsi dayandırıb Qəzzada müharibəni yenidən başlatması ehtimalı ilə bağlı narahatlıqlar fonunda verib.

Misir Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) Qəzzada beynəlxalq sülhməramlı işgüzar qüvvəyə səlahiyyət vermək üçün təcili tədbirlər görməyə çağırıb və hər hansı gecikmənin ABŞ-ın dəstəklədiyi həssas sülh yol xəritəsini təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq edib.

Misirin xarici işlər naziri Bədr Əbdüləti bu gün (22 oktyabr 2025) Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzetinə müsahibəsində deyib ki, Qahirə müharibədən zərər çəkmiş regionda yardımların koordinasiyası və yenidənqurma prosesinə nəzarət etmək üçün beynəlxalq sabitlik qüvvələrinin və “Sülh Şurası”nın yaradılmasını dəstəkləyir.

Təklif olunan plan ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən təşəbbüsün bir hissəsidir və 10 oktyabrda qəbul edilən atəşkəsdən sonra mərhələli prosesi nəzərdə tutur. Bu proses Fələstinin müqavimət təşkilatı HƏMAS-ın tərksilah edilməsini və bölgəyə beynəlxalq qüvvələrin yerləşdirilməsini əhatə edir.

Bədr Əbdüləti Qəzzanın Fələstin administrasiyası altında qalmasının vacibliyini vurğulayaraq, BMT-nin qətnaməsinin “legitimliyin” verilməsi və sülhməramlı qüvvələrin mandatının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"Burada missiya sülhü bərqərar etmək deyil, sülhü mühafizə etməlidir" deyən Əbdüləti əlavə edib ki, beynəlxalq sabitlik qüvvələri və Britaniyanın keçmiş Baş naziri Tony Blair kimi siyasi xadimlərin daxil olacağı gözlənilən "Sülh Şurası" dan asayiş, idarəçilik və beynəlxalq yardımın çatdırılmasına kömək edəcək.

ABŞ regionda qeyri-sabitlik potensialından narahatdır. ABŞ-ın vitse-prezidenti J.D.Vansın İsrailə son səfəri Netanyahunun atəşkəsə son qoyaraq müharibəni yenidən başlada biləcəyi qorxusundan qaynaqlanıb.

Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib