DÜNYA
1 dəqiqə oxuma
Nigerdə ''Boko Haram''ın törətdiyi hücumda 11 əsgər həlak olub
Niger hökuməti ölkənin cənub-şərqindəki Diffa bölgəsində ‘‘Boko Haram’’ üzvlərinin hərbi patrula hücumu nəticəsində 11 hərbçinin həlak olduğunu, 5-nin isə yaralandığını açıqlayıb
Nigerdə ''Boko Haram''ın törətdiyi hücumda 11 əsgər həlak olub
Nigerdə ''Boko Haram''ın törətdiyi hücumda 11 əsgər həlak olub / Reuters (Wire)
 

Niger hökuməti ölkənin cənub-şərqindəki Diffa bölgəsində ‘‘Boko Haram’’ üzvlərinin hərbi patrula hücumu nəticəsində 11 hərbçinin həlak olduğunu, 5-nin isə yaralandığını açıqlayıb.

Dövlət televiziyasında yayımlanan rəsmi bəyanatda hücumun Diffa bölgəsinin Barua kəndi yaxınlığında baş verdiyi qeyd olunub. Bildirilib ki, hücumdan sonra başlayan toqquşmalarda 22 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Diffa bölgəsi ‘‘Boko Haram’’ın fəal olduğu ərazilərdən biridir.

“Boko Haram” və bu təşkilatdan ayrılaraq DEAŞ-a qoşulan ISWAP qruplaşmasının hücumları Çad gölü hövzəsində yerləşən Niger, Nigeriya, Çad və Kamerun ərazilərində ciddi təhlükəsizlik problemlərinə səbəb olur.