Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldü
58 yaşlı Maçado 338 digər namizəd arasından builki mükafatı qazanmaq üçün ABŞ prezidenti Donald Tramp da daxil olmaqla...
Norveç Nobel Komitəsi Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun 2025-ci il Nobel Sülh Mükafatına layiq görüldüyünü açıqlayıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü uyğun namizəd kimi göstərməyə çalışsa da, 58 yaşlı Maçado “Venesuela xalqı üçün demokratik hüquqların təşviqində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidə nail olmaq üçün apardığı mübarizəyə görə” mükafata layiq görülüb.
Builki mükafata 244 fiziki şəxslərdən, 94 təşkilatlardan 338 namizəd irəli sürülüb.
Xatırladaq ki, keçən il Nobel Sülh Mükafatı Yaponiyada atom bombasından sağ qalanların kütləvi hərəkatı olan Nihon Hidankyo qrupuna verilib. Qrup "nüvə silahlarından azad bir dünya üçün göstərdikləri səylərə və ifadələrinə görə, nüvə silahının bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini nümayiş etdirdiyinə" görə mükafatlandırılıb.
Nobel Sülh Mükafatı 1901-2024-cü illər arasında 105 dəfə 142 görkəmli namizədə, 111 şəxsə və 31 təşkilata verilib.
Ümumilikdə 28 müxtəlif təşkilat Nobel Sülh Mükafatını alıb. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) iki dəfə bu mükafata layiq görülüb.
1901-ci ildə isveçli ixtiraçı Alfred Nobelin vəsiyyətinə uyğun olaraq təsis edilən Nobel Mükafatları dünyanın ən nüfuzlu mükafatlarından sayılır.
Bu mükafatlar hər il fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahələrində verilir. 1969-cu ildə İsveç Bankı iqtisadiyyat üzrə mükafat əlavə edib.