İQTİSADİYYAT
1 dəqiqə oxuma
İraq-Türkiyə boru kəmərində neft nəqliyyatı bərpa olundu
Alparslan Bayraktar Türkiyənin cənubunda 6 fevral 2023-cü ildə baş verən zəlzələdən sonra bağlanan boru kəmərində nəqliyyatın bərpa olunduğunu təsdiqləyib
İraq-Türkiyə boru kəmərində neft nəqliyyatı bərpa olundu
İraq-Türkiyə boru kəməri
27 sentyabr 2025

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqlamasına görə, İraq-Türkiyə boru kəməri ilə neft nəqli şənbə günü (bu gün 27 sentyabr) yerli vaxtla saat 07:07-də ​​(GMT 04:07) bərpa edilib.

Nazir Bayraktar bildirib ki, 6 fevral 2023-cü il zəlzələsindən sonra bağlanan boru kəməri Türkiyənin dövlət boru kəməri operatoru BOTAŞ tərəfindən oktyabr ayında yenidən işə salınıb. Bu barədə Türkiyənin "NSosyal" sosial media platformasından məlumat yayılıb.

İraqın rəsmi xəbər agentliyi INA da bu gün İraqın şimalındakı Kürd Regional Rəhbərliyindəki (İKYB) yataqlardan neft ixracının bərpa olunduğunu açıqlayıb.

Ərbildə yerləşən “Rudaw” telekanalı xəbər verib ki, Fişhabur neft yatağından neft ixracı İKBY nümayəndə heyəti, İraq mərkəzi hökuməti və neft şirkətlərinin iştirakı ilə bərpa edilib.

Sentyabrın 26-da İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani İKYB bölgəsindəki yataqlarda hasil edilən neftin İraq-Türkiyə boru kəməri ilə ixrac ediləcəyini açıqlayıb.

Sudani "X" sosial media platformasında etdiyi paylaşımda "Bu gün biz tarixi razılaşma əldə etdik ki, Federal Neft Nazirliyi İraq Kürdüstan Regional Hökumətinin yataqlarından hasil edilən xam nefti alacaq və onu İraq-Türkiyə boru kəməri ilə ixrac edəcək" deyib.

İKYB daha əvvəl neft ixracına başlamaq üçün yerli və xarici şirkətlərlə müqavilələr imzalandığını və neft axınının mümkün qədər tez bərpa olunması üçün İraq Neft Nazirliyinin qərarının gözlənildiyini açıqlamışdı.

Araşdırma
Ömər Bolat: "Türkiyə-Suriya tranzit dəhlizi gələn il istifadəyə veriləcək"
Rusiyanın enerji nəhəngi "Lukoil" son sanksiyalardan sonra xarici aktivlərini satmağa hazırlaşır
Çin və ASEAN genişləndirilmiş azad ticarət sazişi imzalayıblar
Çin və Hindistan beş illik fasilədən sonra birbaşa uçuşları bərpa etdilər
ABŞ Senatı qanun layihəsini yenə qəbul etməyib
Tramp Hindistanın Baş naziri Modi ilə ticarət və Rusiya neftini müzakirə edib
Tramp hədələdi: "Rusiya neftini almağı dayandırın, əks halda ciddi tariflərlə üzləşərsiniz"
"Apple" şirkətinin CEO-su Kukun səfəri zamanı Çin ABŞ-la “bərabər dialoqa” çağırıb
OPEC+ neft hasilatını artırmağa hazırlaşır
Hindistan və Butan ilk sərhədyanı dəmir yolunu inşa edəcək
ABŞ səfiri: "THY-"Boeing" müqaviləsi tamamlandı"
ABŞ Rusiya ilə əlaqələrinə görə Hindistan mallarına 25% əlavə gömrük rüsumu tətbiq edəcək
Aİ ticarət sazişi danışıqlarında ABŞ-ın rəqəmsal qanuna təzyiqinə müqavimət göstərir
Türkiyənin iqtisadiyyatı son 22 ildə necə dəyişdi?
Türkiyədə cari ilin birinci yarısında 6,3 milyard dollar birbaşa xarici sərmayə qoyulub
Ticarət razılaşmasından sonra Pakistan ABŞ-dan ilk xam nefti alıb
Tramp ticarət razılaşmasının bitməsinə bir neçə saat qalmış geniş tariflər tətbiq edib
Tramp ABŞ və Cənubi Koreyanın 15% tarifi ehtiva edən ticarət razılaşması imzaladığını açıqlayıb
"Moody's" Türkiyənin kredit reytinqini "Ba3"ə yüksəldib, reytinq proqnozunu isə sabitə dəyişib
Tramp: "Yaponiya ilə böyük bir saziş bağladıq"