DÇ-2026-nın seçmə mərhələsində Türkiyə yığması səfərdə Bolqarıstanı 1:6 hesabı ilə məğlub etdi
Türkiyə millisi Dünya Çempionatı 2026-nın Avropa zonası üzrə seçmə mərhələsində E qrupundakı üçüncü qarşılaşmasını keçirib
Oktyabrın 11-də Sofiyada keçirilən oyunda Türkiyə millisi səfərdə Bolqarıstan üzərində 1:6 hesabı ilə qələbə əldə edib.
Oyunda hesab 11-ci dəqiqədə Arda Gülerin qolu ilə açılıb. Meydan sahibləri isə 13-cü dəqiqədə Radoslav Kirilovun qolu ilə tarazlığı bərpa ediblər.
Lakin 49-cu dəqiqədə Viktor Popovun topu öz qapısına göndərməsi ilə qonaqlar hesabda yenidən önə çıxıblar. Bundan sonra oyunun ikinci hissəsində 51-ci və 56-cı dəqiqələrdə Kenan Yıldızın dublu, 65-ci dəqiqədə Zeki Çelik və 90+3-cü dəqiqədə İrfan Can Kahvecinin qolları Türkiyəyə möhtəşəm qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticə ilə Türkiyə yığması seçmə mərhələdə ikinci qələbəsini qazanaraq E qrupundaki qalibiyət seriyasını davam etdirir. Türkiyə millisinin növbəti qarşılaşması isə oktyabrın 14-də Gürcüstan yığması ilə keçiriləcək.