DÜNYA
2 dəqiqə oxuma
İran Əli Laricaninin İsrailin hücumunda öldürüldüyünü təsdiqləyib
İran Ali Milli Təhlükəsizlik Şurası İsrailin həyata keçirdiyi hava hücumunda Əli Laricaninin, oğlunun və cangüdənlərinin öldürüldüyünü təsdiqləyib
İran Əli Laricaninin İsrailin hücumunda öldürüldüyünü təsdiqləyib
Əli Laricani / Reuters
bir saat əvvəl

İran Ali Milli Təhlükəsizlik Şurası Laricani ilə yanaşı, onun oğlunun və cangüdənlərinin də həyatını itirdiyini təsdiqləyib.

Şura bu gün (18 mart 2026) səhər saatlarında verdiyi açıqlamada "Şəhidlərin təmiz ruhları Allahın saleh bəndəsi Şəhid Dr. Əli Laricaninin təmiz ruhunu qucağına aldı" deyərək, oğlu və cangüdənlərinin də onunla birlikdə öldüyünü əlavə edib.

Bu açıqlama İsrailin müdafiə naziri İsrail Katzın Laricani və "Bəsic" komandanı Qulam Rza Süleymaninin gecə saatlarında İsrailin hava hücumları nəticəsində öldürüldüyü barədə iddialarından sonra verilib.

Katz öz ofisindən verdiyi açıqlamada hər iki şəxsin gecə təşkil edilən hücumlarda öldürüldüyünü bildirmişdi.

Müdafiə Nazirliyi tərəfindən yayımlanan bəyanatda Katz qeyd edib: "Baş Qərargah rəisindən aldığım məlumata görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricani və İranın mərkəzi təzyiq aparatı olan 'Bəsic'in rəhbəri (Süleymani) ötən gecə zərərsizləşdirilib".

İran üçün mühüm itki

İran siyasətində önəmli bir fiqur olan Laricani son qırx il ərzində dövlət mediası, təhlükəsizlik qurumları və parlament daxil olmaqla müxtəlif yüksək vəzifələrdə çalışıb.

3 iyun 1957-ci ildə İraqın Nəcəf şəhərində doğulan Laricani bakalavr təhsilini Şərif Texnologiya Universitetində bilgisayar elmləri üzrə tamamlayıb, fəlsəfə sahəsində magistr və doktorluq dərəcələrini isə Tehran Universitetində baş vurub.

Karyerasına 1981-ci ildə Mərkəzi Xəbər Birliyinin rəhbəri kimi başlayan Laricani 1982-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub. 1982-1983-cü illərdə Əmək və Sosial Müdafiə Nazirliyində parlament işləri üzrə nazir müavini vəzifəsində çalışıb, bir müddət Poçt, Teleqraf və Telefon Nazirliyində hüquq və parlament işləri üzrə nazir müavini, 1989-1992-ci illərdə isə İnqilab Keşikçilərinin Baş Qərargah rəisinin müavini vəzifələrini icra edib.

Media, nüvə dosyesi və qanunvericilik sahəsindəki fəaliyyəti

1990-cı illərdə mədəniyyət və media sahəsinə üz tutan Laricani təxminən on il ərzində dövlət yayım qurumu olan İran İslam Respublikası Radio və Televiziyasının (IRIB) rəhbəri olub.

Daha sonra təhlükəsizlik və strateji sahəyə keçərək Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyət göstərib; ölkənin nüvə dosyesinə nəzarət edib və müvafiq danışıqlarda iştirak edib.

Qum şəhərindən millət vəkili seçilən Laricani 2008-ci ildən 2020-ci ilə qədər üç dövr ardıcıl olaraq parlament sədri olub. 2025-ci ildə yenidən Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Laricani həmçinin fəlsəfə sahəsindəki akademik araşdırmaları ilə də tanınırdı.