İDMAN
2 dəqiqə oxuma
Milli futbol komandanın beşinci üzvü də Avstraliyadakı sığınacaq müraciətini geri götürüb
İranın qadınlar üzrə milli futbol komandasının beşinci üzvü də Avstraliyadakı sığınacaq müraciətini geri götürüb
Milli futbol komandanın beşinci üzvü də Avstraliyadakı sığınacaq müraciətini geri götürüb
İranın qadınlar üzrə milli futbol komandası / Reuters

Avstraliya mediasının verdiyi məlumata görə, İranın qadınlar üzrə milli futbol komandasının beşinci üzvü də Avstraliyadakı sığınacaq müraciətini geri götürərək, Malayziyada komandası ilə yenidən bir araya gələcək.

Avstraliya ötən həftə Qadınlar arası Asiya Kuboku matçında dövlət himnini oxumaqdan imtina etdikdən sonra ölkəyə qayıdacaqları təqdirdə qarşılaşacaqları təzyiqdən qorxduqlarını bildirərək sığınacaq istəyən yeddi iranlı futbolçuya humanitar viza vermişdi. Son məlumata görə, müraciət edənlərdən yalnız iki oyunçu və bir texniki heyət üzvü Avstraliyada qalıb.

Müraciətlərini geri götürən beş nəfərin ötən həftə Sidneydən ayrıldıqdan bəri qaldıqları Kuala-Lumpurda komandanın digər üzvlərinə qoşulacağı gözlənilir.

Avstraliya xarici işlər nazirinin müavini Mett Tistletveyt (Matt Thistlethwaite) “Sky News”ə verdiyi açıqlamada hökumətin İrana qayıtmağı seçənlərin qərarlarına hörmət etdiyini və Avstraliyada qalan iki nəfərə dəstək verməyə davam edəcəyini bildirib. Tistletveyt "Bu, çox mürəkkəb bir vəziyyətdir" deyib.

Asiya Futbol Konfederasiyası (AFC) yaydığı bəyanatda, komandanın Yaxın Şərqdəki müharibə səbəbindən Tehrana dərhal qayıda bilmədiyi üçün Malayziyadan başqa bir ölkəyə getməyi planlaşdırdığını qeyd edib.

Komanda uçuş gözləyir

İran Futbol Federasiyası komandanın tezliklə Malayziyadan Tehrana "ailələri və vətənləri tərəfindən qucaqlanmaq üçün" yola düşəcəyinin gözlənildiyini bildirib.

Lakin AFC baş katibi Vindzor Con (Windsor John) Kuala-Lumpurda jurnalistlərə açıqlamasında komandanın İrana dərhal qayıda bilməməsi səbəbindən alternativ marşrutlar axtaracağını söyləyib. Con "Sadəcə uçuş əlaqələrini gözləyirlər. Nə vaxt... hara gedəcəklərini bizə bildirməlidirlər" deyib.

İrandakı rəsmilər tərəfindən oyunçuların ailələrinin təzyiqə məruz qaldığı barədə xəbərləri təsdiqləyə bilmədiyini deyən rəsmi oyunçuların təhlükəsizlikləri ilə bağlı hər hansı narahatlıq ifadə etmədiklərini də sözlərinə əlavə edib.

Con "Komanda rəsmiləri, məşqçilər və heyət rəhbəri ilə görüşdük. Əslində ruhlarının yüksək olduğunu müşahidə etdim. Mən şəxsən onlarla görüşdüm. Motivasiyaları düşmüş və ya qorxmuş görünmürdülər" deyə bildirib.

İran komandasının Asiya Kubokundakı mübarizəsi, ABŞ və İsrailin 28 fevralda İrana hava hücumlarına başlayaraq ali lider Əli Xamenei də daxil olmaqla yüzlərlə adamı öldürməsindən sonraya təsadüf edib. Komanda ötən həftə turnirdən kənarlaşmışdı.

ABŞ prezidenti Donald Tramp Avstraliya Baş naziri Entoni Albaneseni qadın idmançıların ölkədə qalmasına icazə verdiyi üçün tərifləyib və sosial mediada Avstraliya icazə verməyəcəyi təqdirdə ABŞ-nin oyunçuları qəbul etməyə hazır olduğunu qeyd edib.

Araşdırma
Dünya çempionatı Meksikanın qələbəsi və rəsmi açılış mərasimi ilə start götürdü
Türkiyə millisi DÇ ərəfəsində Floridada ilk məşqinə çıxdı
FIFA Dünya Çempionatında 48 ölkədən 1248 futbolçu iştirak edəcək
Türkiyə millisi artıq ABŞ-dədir
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Arda Güler UEFA Çempionlar Liqasında mövsümün debütantı seçilib
PSJ-nin Çempionlar Liqası qalibiyyətindən sonra iğtişaşlar baş verib
İran futbol komandası Dünya Kuboku üçün Türkiyədəki ABŞ nümayəndəliyinə viza üçün müraciət edib
UEFA prezidenti Türkiyənin böyük final matçlarına ev sahibliyi etmək bacarığını tərifləyib
İran milli komandası Dünya Kubokunda iştirakının FIFA-dan aslı olduğunu bildirib
Əfsanəvi güləşçi R.Kayaalp rekord qələbəyə imza atdı
FİFA prezidenti: ''İran dünya çempionatında mütləq iştirak edəcək"
İraq milli komandası 40 illik Dünya Çempionatı həsrətinə son qoydu
Türkiyə Kosovonu məğlub edərək 2026-cı il Dünya Çempionatına vəsiqə qazandı
Türkiyə millisi Rumıniyanı minimal hesabla məğlub etdi
“Qalatasaray” Çempionlar Liqası qarşılaşmasında “Liverpul”u məğlub etməyi bacardı
Avstraliyada sığınacaq istəyən iranlı futbolçu müraciətini geri götürdü
Dünya Kuboku – 2026 turnirində robot itlərdən istifadə ediləcək
"Milan–Kortina-2026" Qış Olimpiya Oyunlarının açılış mərasimində İsrail komandası fitə basılıb
N.Cokoviç “Grand Slam” turnirlərində 400 qələbəyə çatan ilk tennisçi olub