Türkiyə dövləti Avropada günlərdir davam edən meşə yanğınları ilə mübarizə çərçivəsində İspaniyadan sonra Fransaya da havadan dəstək verir.
Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə daha əvvəl İspaniyaya iki yanğınsöndürən təyyarə göndərilmişdi. Nazir Fransanın kömək müraciətindən sonra bu ölkəyə də iki yanğınsöndürən təyyarənin yollandığını qeyd edib.
İ.Yumaklı Avropada tüğyan edən meşə yanğınlarının bu bəla ilə mübarizənin nə dərəcədə çətin olduğunu bir daha göstərdiyini vurğuladı. Nazir Türkiyənin sahib olduğu imkan və təcrübə ilə təkcə öz meşələrini qorumadığını qeyd etdi. O bildirib ki, ehtiyac yarandıqda, Türkiyə dövləti başqa ölkələrin də meşələrini qorumaq üçün məsuliyyəti üzərinə götürür.
Türkiyənin İspaniyaya göstərdiyi köməkdən sonra Fransanın müraciətinə də qısa müddətdə cavab verdiyini qeyd edən İ.Yumaklı fikirlərini bu sözlərlə yekunlaşdırıb: "Meşələr bizə təkcə əmanət edilən bin zənginlik deyil, həm də gələcək nəsillərə ötürəcəyimiz en qiymətli sərvətdir. Bu anlayışla sərhədləri aşan həmrəyliyimizi və mübarizəmizi qətiyyətlə davam etdirəcəyik".




















