TÜRKİYƏ
1 dəqiqə oxuma
R.T.Ərdoğan İsrailin humanitar yardıma qoyduğu məhdudiyyətləri pislədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına mane olmaqda günahlandırdı.
R.T.Ərdoğan İsrailin humanitar yardıma qoyduğu məhdudiyyətləri pislədi
R.T.Ərdoğan İsrailin humanitar yardıma qoyduğu məhdudiyyətləri pislədi / AA
25 dekabr 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına mane olmaqda günahlandırdı.

Ankarada keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) genişləndirilmiş vilayət sədrləri iclasında çıxış edən Ərdoğan bildirib ki, İsrail uydurma bəhanələrlə humanitar yardımı əngəlləyir və 10 oktyabrdan bəri qüvvədə olan atəşkəsə baxmayaraq, Qəzzada dağıdılmış yaşayış məntəqələrində vəziyyət hələ də ağırdır.

Prezident bildirib ki, Türkiyə Fələstin xalqına dəstəyini artıracaq və heç vaxt onların yanında dayanmaqdan çəkinməyəcək. “Fələstinə yardımımızı daha da artıracağıq. Türkiyə olaraq qorxmayacağıq, susmayacağıq, unutmayacağıq və Qəzzanı heç vaxt tək qoymayacağıq”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Türkiyənin mövqeyinin yalnız regional deyil, həm də qlobal humanitar yardım siyasətinin bir hissəsi olduğunu qeyd edib. “Qafqazdan Balkanlara, Afrikadan Asiyaya qədər, çətin vəziyyətdə olan hər kəsə tərəddüd etmədən yardım edirik. Dünən belə idi, bu gün belədir və sabah da dəyişməyəcək”, – deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı regional mübahisələrdə Türkiyənin hüquqlarını qətiyyətlə qoruyacağını və heç kimin hüquqlarını qəsb etməyəcəyini bildirib. “İstər Şərqi Aralıq dənizində, istər Egey dənizində, istərsə də digər yerlərdə, nə başqasının hüquqlarını qəsb edəcəyik, nə də öz hüquqlarımızın qəsb edilməsinə icazə verəcəyik”, – deyə R.T.Ərdoğan qeyd edib.