DÜNYA
1 dəqiqə oxuma
İsrail ordusu Livanın cənubuna hava zərbələri endirməyə başlayıb
Mart ayından bəri İsrailin bölgəyə hücumları nəticəsində 4 346 nəfər həlak olub
İsrail ordusu Livanın cənubuna hava zərbələri endirməyə başlayıb
İsrail ordusundan Livanın cənubuna hava zərbəsi (ARXİV)
 

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubundakı Huceyr dərəsinə hava zərbələri endirib, Hiyam şəhərini avtomat silahlardan atəşə tutub.

Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələri gecə yarısından sonra Huceyr dərəsinin Qantara istiqamətinə hava hücumu həyata keçirib.

İsrail qüvvələri Hiyam şəhərini də avtomat silahlardan atəşə tutub.

İsrail ordusu gecə saatlarında Livanın cənubundakı Bint-Cbeyl rayonunun Hədasa qəsəbəsində də silahlı insident törədib.

NNA-nın məlumatına görə, İsrail əsgərləri Hədasanın Qərb məhəlləsini avtomat silahlardan atəşə tutublar.

Eyni zamanda, İsrailə aid hərbi texnikanın qəsəbə daxilində hərəkət etdiyi bildirilib.

İsrailin Livandakı hücumları

İsrail ordusu martın 2-də Livana qarşı intensiv hava zərbələri endirərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.

Livan hökuməti həmin dövrdə ölkə daxilində məcburi köçkün düşən şəxslərin sayının bir milyonu keçdiyini bəyan etmişdi.

Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs razılaşması daha sonra bir neçə dəfə uzadılıb. Atəşkəsə baxmayaraq, İsrail ordusu avqustun 15-də səhər saatlarında Livana qarşı yenidən hava zərbələri endirməyə başlayıb.

Livan Səhiyyə Nazirliyi martın 2-dən bəri İsrailin ölkəyə etdiyi hücumlar nəticəsində 4 346 nəfərin həyatını itirdiyini bildirib.

Araşdırma
İran: Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək alışıb
Ukrayna: Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 2 mülki şəxs ölüb, 41 nəfər yaralanıb
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 2 fələstinli həyatını itirib
Yunanıstan və İsrail 1 milyard avroluq yeni müdafiə paketi üzrə danışıqlara başlayıb
İsrail ordusunda intihar halları artıb
Ukrayna Liviya sahillərində Rusiyaya məxsus iki gəmiyə hücum edib
Berlində xəstəxanada baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib
Ukrayna: Rusiyanın müxtəlif hücumlarında 14 mülki şəxs ölüb
Burhanettin Duran: "Mən hər uşağın ümidlə, əminliklə böyüdüyü bir dünya arzulayıram"
ABŞ-də genişmiqyaslı texnoloji fasilələrdən sonra kibertəhlükəsizlik rəhbəri vəzifəsindən çıxarıldı
Türkiyə Şengen viza proseslərinin yenidən nəzərdən keçirilməsini istəyib
İsrailin hücumları nəticəsində 6 mindən çox fələstinli evini tərk etmək məcburiyyətində qalıb
Donald Tramp Si və Putinlə görüşü tarixi qələbə adlandırıb
Rusiya:''Ukraynanın enerji obyektlərinə zərbələr endirdik''
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
Rubio: "Ölkədə baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəsi yoxdur"
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
Aleksey Lixaçov:''Akkuyu AES-in birinci reaktoruna yaxın vaxtlarda nüvə yanacağı yüklənəcək''
ABŞ İranın Qeşm adasına zərbələr endirib