DÜNYA
1 dəqiqə oxuma
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) baş katibi Kaysa Ollonqren bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacaq istənilən razılaşmaya Moskvanın yenidən silahlanaraq hücuma keçməsinin qarşısını alan təhlükəsizlik zəmanətləri daxil edilməlidir
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir'' / TRT Azerbaycan

Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) baş katibi Kaysa Ollonqren bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacaq istənilən razılaşmaya Moskvanın yenidən silahlanaraq hücuma keçməsinin qarşısını alan təhlükəsizlik zəmanətləri daxil edilməlidir.

Brüsseldə keçirilən Şuman Təhlükəsizlik və Müdafiə Forumunda Aİ-nin ali nümayəndəsi Kaya Kallasın adından çıxış edən Ollonqren Rusiyanın keçmiş addımlarının onun gələcək öhdəliklərinə etibar etməyə əsas vermədiyini deyib. O, potensial sülh müqaviləsinin təkcə siyasi bəyannamələrlə məhdudlaşmamalı olduğunu vurğulayıb: "Çəkindirici amillər olmadan kor-koranə etibar sadəcə xəyaldır".

Dünyanın İkinci Dünya müharibəsindən bəri ən çox silahlı münaqişə ilə üz-üzə qaldığını qeyd edən baş katib beynəlxalq hüququ pozanların buna görə cavab verməli olduğunu, əks halda digər ölkələrin də oxşar addımlara cəsarətlənəcəyini bildirib.

Aİ-nin müdafiə qabiliyyətini gücləndirməli olduğunu deyən Ollonqren üzv dövlətlərin ümumi müdafiə xərclərinin 400 milyard avronu (ÜDM-in 2,2 faizi) ötdüyünü açıqlayıb. O, son 20 ildə 45 ölkənin Aİ-nin hərbi və mülki əməliyyatlarına dəstək verdiyini xatırladaraq, Türkiyənin də bu prosesə töhfə verən ölkələr sırasında olduğunu vurğulayıb.