SİYASƏT
2 dəqiqə oxuma
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini Bakı və İrəvan arasındakı sülh prosesinə mane olmaqda ittiham edib.
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur'' / Anadolu Agency

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentini Bakı və İrəvan arasındakı sülh prosesinə mane olmaqda ittiham edib. İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyinin (ASB) sammitinə videokonfrans vasitəsilə qatılan dövlət başçısı bildirib ki, sözügedən qurum son beş ildə Azərbaycana qarşı təhqiramiz məzmunlu 14 qətnamə qəbul edərək sülhə dəstək əvəzinə qərəzli mövqe nümayiş etdirib. Prezident sonuncu qətnamənin cəmi bir neçə gün əvvəl qəbul edildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq və Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam vermək barədə qərar qəbul edib. Eyni tarixdə Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Bakıdakı səfiri Mariana Kuyunçiçi çağıraraq ona "Ermənistanda demokratik müqavimətin dəstəklənməsi" adlı qətnaməyə görə rəsmi etiraz notası təqdim edib. Nazirlik qətnamənin həqiqətləri təhrif etdiyini və dövlətlərin suverenliyi prinsiplərinə zidd olduğunu bəyan edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı sammitdə çıxış edərək 2028-ci ildə Azərbaycanda keçiriləcək növbəti ASB sammitində iştirak etmək istədiyini bildirib. N.Paşinyan qeyd edib ki, tərəflər gələcək sammitlərə ev sahibliyi etmək üçün qarşılıqlı şəkildə bir-birinin namizədliyini dəstəkləyirlər. Baş nazir həmçinin İlham Əliyevin videokonfrans vasitəsilə də olsa, Ermənistanda keçirilən tədbirə qatılmasını yüksək qiymətləndirib. Avropa Siyasi Birliyi (ASB) formatının bölgədəki əlaqələrə müsbət təsir etdiyini deyən N.Paşinyan bu sammitlərin Türkiyə ilə münasibətlərin qurulmasında mühüm rol oynadığını bildirib. O, hazırda Türkiyə vitse-prezidentinin İrəvanda keçirilən tədbirdə iştirak etdiyini xatırladaraq, bunun Türkiyə rəhbərliyi səviyyəsində Ermənistana reallaşan ilk rəsmi səfər olduğunu vurğulayıb.

Araşdırma
Rusiya Ukraynın paytaxtından xarici diplomatları təxliyə etməyə çağırıb
Pakistan ABŞ-İran danışıqlarının ikinci mərhələsinə hazırlaşır
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
İsrail Livana xəbərdarlıq edib
ABŞ miqrant uşaqların deportasiyasını sürətləndirməyi planlaşdırır