SİYASƏT
2 dəqiqə oxuma
Banqladeş hindistanlı siyasətçinin BMT-nin sülhməramlı missiyası ilә bağlı çağırışını pisləyib
Banqladeşin xarici işlər naziri Touhid Hossain Baş nazir Şeyx Hasinanın vəzifədən kənarlaşdırılmasından sonra Hindistan tərəfindən ölkə rəhbərliyinə edilən ən böyük tənqidlərdən biri olaraq qiymətləndirilən çağırışa münasibət bildirib
00:00
Banqladeş hindistanlı siyasətçinin BMT-nin sülhməramlı missiyası ilә bağlı çağırışını pisləyib
Touhid Hindistanın media orqanlarını Banqladeşdəki hinduların vəziyyəti barədə məlumat yaymaqda təqsirləndirdi. / Reuters

Banqladeşin müvəqqəti hökuməti bazar ertəsi qonşu Hindistandakı bir siyasətçinin ölkədəki hinduları və digər azlıqları zorakı hücumlardan qorumaq üçün BMT sülhməramlılarına etdiyi çağırışa reaksiya verib.

Avqust ayında tələbələrin başçılıq etdiyi üsyan 15 il dəmir yumruqla hakimiyyəti idarə edən baş nazir Şeyx Hasinanın devrilməsi ilə nəticələndi. Hasinanın devrilməsindən sonra hindu icmasına qarşı bir neçə hücum həyata keçirilib. Hindu icmasının liderləri zorakılıq aktlarına görə narahatlıqlarını ifadə ediblər.

Hindistanın Qərbi Benqal əyalətinin baş naziri Mamata Banerji narahatlıqlarını BMT-yə bildirməsi üçün Yeni Dehliyə çağırış edib. "Sülhməramlı qüvvələr Banqladeşə göndərilə bilər və xalqımız xilas ola bilər", - Banerji deyib.

Qarşılıqlı maraqlar

Banqladeşin xarici işlər naziri Touhid Hossain Hasinanın devrilməsindən sonra Hindistan rəhbərliyinə qarşı edilən ən böyük tənqidlərdən biri olaraq hesab edilən açıqlamaya görə kədərləndiyini bildirib.

O, jurnalistlərə açıqlamasında deyib: "Mamata Banerjinin niyə belə açıqlama verdiyini bilmirəm, bunu başa düşə bilmirəm. Mən onu şəxsən tanıyıram, bir neçə dəfə evində olmuşam".

Touhid Hindistan mediasını Banqladeşdəki hinduların vəziyyəti haqqında dezinformasiya yaymaqda günahlandırıb, lakin qonşu hökumətə daha sülməramlı mesaj verib.

Touhid deyib: "Problemləri həll etmək olar. Qarşılıqlı maraqlar qorunmalıdır. Banqladeş Hindistanla dostluq münasibətləri qurmağı arzulayır".

Hasinanın devrilməsindən sonra demokratik islahatların həyata keçirilməsi ilə məşğul olan müvəqqəti kabinetin üzvü Touhid azlıqlarla bağlı məsələlərdə yanlış təsəvvürləri aradan qaldırmaq üçün digər xarici diplomatlarla da görüşdüyünü söylədi.

MƏNBƏ:TRT Global
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub