İsrail və ABŞ İranın cənub-qərbindəki Buşehr Atom Elektrik Stansiyasına (AES) yeni zərbə endiriblər, lakin obyektə ziyan dəyməyib və işçilər arasında itki olmayıb.
Dövlət xəbər agentliyi İRNA-nın təşkilata istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21:08 (GMT 17:38) radələrində cənubdakı Buşehr şəhərindəki stansiyanın yaxınlığında hücum baş verib.
Təşkilatın verdiyi bəyanatda "Amerikan-Sionist düşmən Buşehr nüvə stansiyası sahəsinə yenidən hücum etdi. Buşehr stansiyasının daxilinə bir mərmi isabət etdi" deyilib.
Açıqlamada həmçinin, "İlkin hesabatlar göstərir ki, bu hadisə hər hansı maddi və ya texniki zərərə və ya can itkisinə səbəb olmayıb və stansiyanın müxtəlif bölmələri zədələnməyib", -deyə qeyd olunub.
İRNA agentliyi hücumu Amerika Birləşmiş Ştatları və İsrailin davam edən "düşmənçilik hərəkətlərinin" bir hissəsi kimi xarakterizə edib.
Bu hadisə son günlərdə nüvə stan yaxınlığında bildirilən ikinci hücum olub.
Oxşar bir hücum 17 martda da baş vermiş, lakin zərər və ya xəsarətə səbəb olmamışdı.













