TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Milli Müdafiə Nazirliyi Qətərlə Birgə Müdafiə Sazişinə aydınlıq gətirib
Nazirlik Türkiyə ilə Qətər arasında imzalanmış Birgə Müdafiə Sazişi ilə bağlı sualı cavablandırarkən sənədin məqsəd və şərtlərinə dair ətraflı məlumat verib
Türkiyə Milli Müdafiə Nazirliyi Qətərlə Birgə Müdafiə Sazişinə aydınlıq gətirib
Türkiyə Milli Müdafiə Nazirliyi Qətərlə Birgə Müdafiə Sazişinə aydınlıq gətirib / TRT Azerbaycan

Türkiyə Milli Müdafiə Nazirliyi Qətərlə Birgə Müdafiə Sazişinə aydınlıq gətirib.

Nazirlik Türkiyə ilə Qətər arasında imzalanmış Birgə Müdafiə Sazişin məqsəd və şərtlərinə dair ətraflı məlumat verib.

Açıqlamada bildirilib ki, saziş hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək, çəkindirmə gücünü artırmaq, eləcə də regional sülh və sabitliyə töhfə vermək məqsədi daşıyır.

"Sazişə əsasən, tərəflərdən birinə hücum edilərsə, dəstəyin forması həmin ölkənin rəsmi müraciəti, BMT Nizamnaməsinin 51-ci maddəsi və tərəflərin ortaq qərarı ilə müəyyən olunacaq. Bu o deməkdir ki, sənəd hücum halında avtomatik olaraq birbaşa hərbi qüvvə göndərilməsini nəzərdə tutmur’’,-deyə açıqlamada vurğulanıb.

Qeyd olunub ki, sazişin icrası ilə bağlı siyasi qərarlar hər iki dövlətin xarici işlər və müdafiə nazirlərindən, yaxud onların səlahiyyətli nümayəndələrindən ibarət Ali Strateji Şurada konsensus yolu ilə qəbul ediləcək.

Hazırda saziş çərçivəsində hərbi qüvvə və ya maliyyə ayrılması ilə bağlı heç bir məcburi qərarın olmadığı qeyd edilib.

Açıqlamada Türkiyənin NATO çərçivəsindəki hüquq və öhdəliklərinin qorunduğu vurğulanıb. Həmçinin bildirilib ki, saziş qüvvəyə mindikdən sonra ilk 10 il ərzində qüvvədə olacaq, daha sonra isə müəyyən şərtlər daxilində hər 5 ildən bir uzadılacaq.