MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır – “Hind Rəcəbin səsi”
Venesiya Festivalında nümayiş olunacaq film Qəzza faciəsini dünyaya xatırladacaq
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Venesiya Festivalı / AP
28 avqust 2025

Hollivudun tanınmış simaları Bred Pitt, Xoakin Feniks, Runi Mara, Conatan Qleyzer və Alfonso Kuaron “The Voice of Hind Rajab” (Hind Rəcəbin Səsi) adlı filmin ərsəyə gəlməsinə dəstək verib. Bu addım, Qəzzada yaşanan dramı 3 sentyabrda Venesiya Film Festivalındakı dünya premyerası öncəsi daha da ön plana çıxarıb.

Film 2024-cü il yanvar ayında ailəsi Qəzza şəhərindən qaçarkən İsrail qüvvələrinin açdığı atəş nəticəsində güllələnmiş avtomobilin içindən Qızıl Aypara könüllülərinə zəng edən altı yaşlı Hind Rəcəbin son saatlarını canlandırır. Ekran əsəri, xilasedicilər ona çatmağa çalışarkən Hindin telefon vasitəsilə etdiyi kömək çağırışlarının səs yazılarına əsaslanır.

Qeyd edək ki, bu hadisədən sonra Hind maşının içərinsində ölü şəkildə tapılmışdı.

İsrail həmin vaxt ərazidə hərbçilərinin olmadığını iddia etsə də, “The Washington Post” və “Sky News” tərəfindən aparılan müstəqil araşdırmalar bölgədə İsrail tanklarının mövcudluğunu təsdiqləyib. “Əl-Cəzirə” isə ailənin avtomobilində 335 güllə izini qeydə alıb.

Ötən il “Four Daughters” filmi ilə Oskar mükafatına namizəd göstərilən Ben Haniya deyib: “Bir uşağın kömək çağırışına heç kimin cavab vermədiyi bir dünyanı qəbul edə bilmərəm. Kino yaddaşı qoruya bilər. Kino unutqanlığa müqavimət göstərə bilər. Hind Rəcəbin səsi eşidilməlidir”.

Filmin istehsalı Nadim Şeyxruha (Mime/Tanit Films), Odessa Rey (RaeFilm Studios) və Ceyms Uilsona (JW Films) məxsusdur. “The Party Film Sales” Avropa üzrə yayım hüquqlarını təmin etdiyini, “CAA Media Finance” Şimali Amerikada distribusiya işlərini öz öhtəliyinə götürdüyü bildirilir.

Xatırladaq ki, Venesiya premyerası Qəzzadakı müharibənin festivalın gündəmini üstələdiyi bir dövrdə baş tutacaq.

82-ci Venesiya Film Festivalı bu həftə Hollivud ulduzlarının ənənəvi qırmızı xalça yürüşü ilə açılıb. Qəzzadakı soyqırım festivalın həm qabağında, həm də arxa fonunda diqqət mərkəzində olub. Fələstin tərəfdarı etirazçılar Lido adasında toplaşaraq İsrailin qətliamını dayandırmağa çağırış ediblər. Keçirilən tədbirdə film istehsalçıları və sənətçilər isə fələstinlilərin üzləşdiyi acılara diqqət çəkiblər.

MƏNBƏ:TRT
Araşdırma
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?
Türkiyə Atatürkün Selanikdəki evini yenidən istifadəyə verərək qurucusunun irsini şərəfləndirir
Osman Həmdi bəyin portret əsəri  1,5 milyon dollara hərraca çıxarılıb
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı
Türkiyənin Troya antik şəhərində 4500 illik qızıl broş tapılıb
Əminə Ərdoğan Anadolunun mədəniyyət irsini vurğulayaraq Qəzza üçün qlobal addım atmağa çağırıb
Göbəklitəpədən gətiriləcək müxtəlif əsərlər Almaniyada xüsusi sərgidə nümayiş etdiriləcək
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır