Moskvada Türk mədəniyyətinin izlərini daşıyan "Stanislavski/Çexov" tamaşası səhnələşdirildi
Rusiyanın paytaxtı Moskvada Türk mədəniyyətinə aid ünsürlərin yer aldığı "Stanislavski/Çexov" adlı teatr tamaşası sənətsevərlərə təqdim olundu.
Amina Jaman (Amina Zhaman) tərəfindən yazılan və real hadisələrdən ilham götürülən bir pərdəli fəlsəfi komediya 1928-ci ilin sentyabrında Berlin şəhərindəki bir Türk kafesində Rus teatrının mühüm simaları Konstantin Stanislavski ilə Mixail Çexovun görüşündən bəhs edir.
Stanislavski və Çexovla yanaşı, kafedə işləyən Gülər adlı gənc Türk qadınının da üçüncü personaj olaraq yer aldığı tamaşada Türk mədəniyyətinə aid elementlər hekayənin təbii axarı daxilində işlənir.
Türk kafesində cərəyan edən tamaşada Türk çayı, Türk qəhvəsi, rahat-loxum və qəhvə falı ilə bərabər, İstanbulla bağlı xatırlatmalara da yer alır.
"Pokrovka" Teatrında təşkil olunan xüsusi nümayişdən əvvəl ebru sənəti (su üzərində rəsm) üzrə tədbir də keçirilib.
"Stanislavski/Çexov" teatr tamaşasının rəsmi premyerası bu ilin noyabr ayında reallaşacaq.






















