MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Xaricdə yaşayanlar üçün "Türk dili və Türk mədəniyyəti" dərslikləri istifadəyə verilib
Xaricdə yaşayan türk şagirdlərin ana dilləri ilə bağlarını möhkəmləndirmək məqsədilə 7 səviyyədən ibarət dərslik dəsti hazırlanaraq istifadəyə verilib
Xaricdə yaşayanlar üçün "Türk dili və Türk mədəniyyəti" dərslikləri istifadəyə verilib
Xaricdə yaşayanlar üçün "Türk dili və Türk mədəniyyəti" dərslikləri istifadəyə verilib

Türkiyə Milli Təhsil Nazirliyi xaricdə yaşayan türk uşaqlarının ana dili ilə bağlarını gücləndirmək üçün yenilənmiş "Türk dili və Türk mədəniyyəti" dərsliklərini istifadəyə verib.

Nazirlikdən verilən məlumata görə, dərsliklər 2026-cı il "Türk dili və Türk mədəniyyəti dərsi tədris proqramı" çərçivəsində hazırlanıb. Ali Təhsil və Xaricdə Təhsil Baş İdarəsi tərəfindən ərsəyə gətirilən 7 səviyyəlik dərslik dəsti "Ülkem Yanımda" platformasında yerləşdirilib.

Dilin insanları bir-birinə bağlayan, tarixi, mədəniyyəti və dəyərləri gələcəyə daşıyan ən güçlü körpü olduğu anlayışı ilə hazırlanan bu kitablar xaricdə yaşayan türk şagirdlərə geniş imkanlar yaradır. Kitablar vasitəsilə şagirdlər türk dili bacarıqlarını inkişaf etdirə biləcək və öz mədəni irslərini daha yaxından tanıyacaqlar.

 

8 ölkədə 50 min uşağa əyani təhsil verilir

Almaniya, Fransa, Belçika, Böyük Britaniya, İsveçrə, İtaliya və Monteneqronu əhatə edən geniş coğrafiyada həyata keçirilən layihələr bu il atılan addımlarla daha da genişlənib.

Yaponiya da əyani türk dili dərslərinin başladıldığı ölkələr sırasına qoşulub. Bununla da 8 ölkədə 800-ə yaxın müəllimin iştirakı ilə 50 minə yaxın şagirdə ana dili təhsili verilir.

Bu çərçivədə şagirdlərin maraqla oxuyacağı keyfiyyətdə hazırlanan dərsliklər yenilənib. Yenilənmə zamanı təhsil konsepsiyasının əsas xəttini təşkil edən "Türkiyə Yüz ili Maarif Modeli" əsas götürülüb.

Dərsliklər şagirdlərin yaşı və bilik səviyyəsi nəzərə alınaraq mərhələli şəkildə formalaşdırılıb. Bu məzmun dinləmə, danışma, oxu və yazı bacarıqlarını hərtərəfli şəkildə dəstəkləyir.

Kitablarda milli və dini bayramlardan adət-ənənələrə, tarixi şəxsiyyətlərdən idman və incəsənət aləminə, ənənəvi oyunlardan elm və texnologiyaya qədər geniş mövzulara yer verilir.

Mövzu müxtəlifliyi şagirdlərin Türkiyənin mədəni irsini tanımalarına şərait yaradır. Eyni zamanda onların gündəlik həyatları ilə öyrəndikləri biliklər arasında güçlü əlaqə qurmalarını hədəfləyir.

 

Şagirdlərin mədəni kimliklərini tanımaları dəstəklənir

Mətnlər, əyani vəsaitlər və tapşırıqlarla zənginləşdirilmiş təlim prosesi şagirdləri maraqlanmağa və araşdırma aparmağa həvəsləndirir. Şagirdlər özlərini ifadə edərək fikir bölüşməyə və öyrəndiklərini gündəlik həyatda aktiv tətbiq etməyə təşviq olunurlar.

"Türk dili və Türk mədəniyyəti" dərslikləri şagirdlərin bu dildə düşünmələrinə, təhlil aparmalarına və öz mədəni kimliklərini sağlam əsaslar üzərində tanımalarına kömək edir.

Kitablar türk dilini təkcə məktəbdə öyrənilən bir fənn kimi təqdim etmir. Bu dil ailə ilə, keçmişlə və mədəni köklərlə ünsiyyət yaratmağa imkan verən canlı bir dəyər kimi ələ alınır.

Bu təşəbbüs xaricdə yaşayan şagirdlərin məskunlaşdıqları cəmiyyətin mədəni müxtəlifliyi içində öz dil və mədəniyyətlərini qoruyub saxlamalarını məqsəd qoyur. Eyni zamanda uşaqların fərqliliklərə hörmət edən, özünü doğru və təsirli ifade edə bilən fərdlər kimi yetişməsinə töhfə verir.

Yenilənmiş nəşrlərin hər bir şagirdin türk dili ilə qurduğu əlaqəni daha da möhkəmləndirəcəyi gözlənilir.

MƏNBƏ:TRT