MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Fələstinli fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə 2026-cı il Pulitzer mükafatına layiq görülüb
Fotoqraf Saher Alghorra Qəzzadakı fəaliyyətinə görə Pulitzer mükafatına layiq görülüb
Fələstinli fotoqraf Saher Alghorra tərəfindən çəkilmiş Qəzzada İsrail bombardmanı nəticəsində yaralanan uşaqların fotoşəkili. (ARXİV) / AP

Fələstinli fotoqraf Saher Alghorra, Qəzzadakı humanitar böhranı sarsıdıcı bir şəkildə sənədləşdirdiyi işləri ilə 2026-cı il Pulitzer Mükafatına layiq görülüb.

"New York Times" ilə əməkdaşlıq edən Alghorra Pulitzer mükafatının icraçı direktoru Marcori Millerin (Marjorie Miller) "təsirli" və "həssas" kimi xarakterizə etdiyi bir sıra foto-layihələrinə görə bu mükafatı qazanıb.

Alghorranın fotoları 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzada həyata keçirdiyi soyqırımın səbəb olduğu aclıq və dağıntıları gözlər önünə sərir.

Miller artan maneələr qarşısında müstəqil jurnalistikanın əhəmiyyətini vurğulayıb. Alghorra Pulitzer ilə yanaşı, oktyabr ayında Fransada keçirilən 32-ci "Prix Bayeux-Calvados-Normandie" müsabiqəsində də müharibə fotoqrafiyası nominasiyasında birinci yeri tutub.

Alghorranın "Qəzzada tələyə düşmək: Atəş və aclıq arasında" adlı mükafatlı işi, mühasirə altındakı həyatın reallığını, bombardman və aclıq arasında qalan mülki şəxslərin vəziyyətini ortaya qoyub.

Araşdırmaçı və milli xəbərçilik

"Reuters" agentliyi isə hökumətlərin öz nüfuzlarından istifadə etmələrini sənədləşdirdiyi üçün milli xəbərçilik kateqoriyasında mükafat qazanıb.

digər tərəfdən, "Reuters"dən Ceff Horvitz (Jeff Horwitz) və Engen Tam (Engen Tham) "Meta" şirkətinin istifadəçiləri "fırıldaqçılıq və süni intellekt manipulyasiyasına" məruz qoymaqdakı rolunu ifşa etdiklərinə görə sahə xəbərçiliyi mükafatını qazanıblar.

İctimai xidmət kateqoriyasında isə "Washington Post" federal qurumların "xaotik şəkildə yenidən qurulmasını" nümayiş etdirən işlərinə görə mükafat alıb.

"Miami Herald"dan Culi K. Brauna (Julie K. Brown) isə Ceffri Epşteynin (Jeffrey Epstein) sistematik şəkildə həyata keçirdiyi istismarı ortaya çıxarmaq üçün göstərdiyi israrlı səylərinə görə xüsusi fəxri fərman verilib.

Araşdırma
Göbəklitəpə 12 il ərzində 4 milyon 400 min ziyarətçi qəbul edib
33-cü "İstanbul Caz Festivalı" start götürüb
VIII Etnosport Mədəniyyət Festivalı başladı
Burhanettin Duran: ""Türk mətbəxi həftəsi" güclü sivilizasiya irsimizi yaşadır"
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Daha bir tarixi əsər Türkiyəyə qaytarıldı
TRT-nin təşkil etdiyi növbəti Humanitar Film Festivalı üçün müraciətlər başlayıb
İspaniyalı sənətçilər müharibələrin dayandırılması və Fələstin üçün azadlıq tələb ediblər
98-ci “Oskar” mükafatı qalibləri müəyyən olub
TRT-nin ''Göy qurşağı faşizmi'' sənədli filmində LGBTQ təbliğatının qlobal təsirləri təhlil edilir
Türkiyənin ən qədim polifonik musiqi qurumu 200 illiyini qeyd edir
Karahantəpə 2025-ci ilin ən mühüm arxeoloji kəşfləri sırasında
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
Dünya şöhrətli rejissor Rob Reyner və həyat yoldaşı Los-Ancelesdəki evlərində ölü tapılıb
Yaponiyalı alimlər tibb və kimya üzrə Nobel mükafatına layiq görülüblər
Türkiyə Anadoluya aid tarixi əsərlərin ABŞ-dan geri qaytarılmasını alqışlayıb
Fransa dövləti qaçaqmalçılıq yolu ilə aparılan dinozavr skeletini Monqolustana qaytardı
Bir sıra ölkələr İsrailin ''Avroviziya'' mahnı müsabiqəsinə qatılmasına etiraz etdi
TRT İsrailin Avroviziyada iştirakı ilə bağlı mübahisələr fonunda EBU iclasını tərk edib
Türk serialları Ankaranın Banqladeşlə diplomatik əlaqələrini gücləndirməsinə necə töhfə verir?