MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
"Nitq" üçün 8 dildə xüsusi nəşr hazırlanıb
Atatürkün "Nitq" (Nutuk) eserinin ingiliscə, almanca, fransızca, qazaxca, rusca, urduca, farsca və türkmence xüsusi nəşrləri hazırlanıb
"Nitq" üçün 8 dildə xüsusi nəşr hazırlanıb
"Nitq" üçün 8 dildə xüsusi nəşr hazırlanıb.

Nutuk üçün 8 dildə xüsusi nəşr hazırlanıb

Mədəniyyət və turizm naziri Mehmed Nuri Ersoy Atatürkün əsəri olan "Nitq”in (Nutuk) ingilis, alman, fransız, qazax, rus, urdu, fars və türkmən dillərində xüsusi nəşrlərinin hazırlandığını bildirib. Əsər görmə və eşitmə əlilliyi olan şəxslər üçün də müxtəlif formatlarda istifadəyə verilib.

"Nitq Külliyyatı Layihəsinin Təqdimat Proqramı" Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda keçirilib.

Nazir Ersoy burada etdiyi çıxışında xalqın azadlıq mübarizəsini, Cümhuriyyətin qurulmasındakı sarsılmaz iradəni və (Cümhuriyyətin banisi) Qazi Mustafa Kamal Atatürkün fikir dünyasını gələcək nəsillərə ötürən "Nitq”in 8 dildə və xüsusi dizaynla hazırlanan nəşrlərini bu gün ictimaiyyətə təqdim etdiklərini bildirib.

"Nitq Külliyyatı Layihəsi" ilə bu mühüm əsəri müxtəlif əlçatanlıq üsulları ilə cəmiyyətin hər təbəqəsinə çatdırdıqlarını ifadə edən Ersoy deyib: "Artıq "Nitq" görmə və eşitmə əlilliyi olan vətəndaşlarımızın da istifadəsinə verilərək hər kəs üçün əlçatan edilib”.

"Nitq”in ingilis, alman, fransız, qazax, rus, urdu, fars və türkmən dillərində xüsusi nəşrlərinin hazırlandığını qeyd edən nazir Ersoy deyib: "Mustafa Kamal Paşa əsərində İstiqlal müharibəsi (1919-1923) illərində ölkənin qarşı-qarşıya olduğu şərtləri ortaya qoymuş, İstiqlal müharibəsinin və bu müharibədən sonra başlayan modernləşmə səylərinin hansı şəraitdə həyata keçdiyini ətraflı şəkildə, sənədlərə əsaslanaraq izah etmişdir. Bu kitab 19 may 1919-cu ildən Cümhuriyyətimizin qurulması prosesinə uzanan tarixi yürüşümüzü sənədlərə əsaslanaraq təqdim edilib”, -ifadələrini işlədib.