Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən 2025-ci ildə kinematoqrafiya sahəsindəki nailiyyətlərə görə bu il “One Battle After Another” filmi “Ən yaxşı film” nominasiyası üzrə mükafata layiq görülüb, Norveç istehsalı olan “Sentimental Value” isə “Ən yaxşı xarici film” mükafatını qazanıb.
Vampir irqinə dair nağıl mövzusunu əks etdirən “Sinners” filmində şərlə üz-üzə gələn əkiz qardaşları canlandırdığı rola görə Maykl B.Cordan “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatının qalibi olub.
Timoti Şalame (“Marty Supreme”), Leonardo Di Kaprio (“One Battle After Another”), Vaqner Moura (“The Secret Agent”) və İtan Hok (“Blue Moon”) kimi aktyorları geridə qoyan Maykl B.Cordan səhnəyə çıxaraq mükafat çıxışı zamanı rejissor Rayan Kuqlerə təşəkkür edib.
İrlandiyalı aktrisa Cessi Bakli isə “Hamnet” filmində analıq və itki ilə sarsılan məhəbbətdən bəhs edən təsirli performansına görə “Ən yaxşı qadın aktyor” üzrə “Oskar” mükafatına layiq görülüb.
C.Bakli bu nominasiyada Rouz Birn (“If I Had Legs I'd Kick You”), Renate Reynsve (“Sentimental Value”), Emma Stoun (“Bugonia”) və Keyt Hadson (“Song Sung Blue”) kimi rəqiblərini geridə qoyub.
Bundan əlavə, 98-ci Akademiya Mükafatlarında Pol Tomas Anderson “One Battle After Another” filmi ilə “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Digər qaliblər
“Hollivud”un təcrübəli aktyorlarından biri olan Şon Pen “One Battle After Another” filmində canlandırdığı köməkçi rol performansına görə “Oskar” mükafatını qazanıb.
Qorxu filmi olan “Weapons”da Emi Madiqan isə canlandırdığı obrazla “Ən yaxşı ikinci plan qadın aktyor” üzrə “Oskar” mükafatına layiq görülüb.
“One Battle After Another” ən yaxşı film mükafatını qazanarkən, Norveç istehsalı olan “Sentimental Value” filmi “Ən yaxşı beynəlxalq film” mükafatına sahib olub.
Rayan Kuqler “Sinners” filmi ilə “Ən yaxşı orijinal ssenari” mükafatını qazanıb, Pol Tomas Anderson isə “One Battle After Another” filmi ilə “Ən yaxşı uyğunlaşdırılmış ssenari” mükafatına layiq görülüb.













