ABŞ Küveytdəki PUA hücumunda həlak olan daha iki əsgərinin adlarını açıqlayıb

İranın ABŞ-ın Küveytdəki logistika mərkəzinə təşkil etdiyi pilotsuz uçuş aparatı hücumunda altı amerikalı hərbçi həlak olub, 18 hərbçi isə yaralanıb

By
ABŞ Küveytdəki PUA hücumunda həlak olan daha iki əsgərinin adlarını açıqlayıb / Reuters

Pentaqon martın 4-də İranla müharibə zamanı həlak olan iki ABŞ hərbçisinin adlarını açıqlayıb.

Ordu Ehtiyat Qüvvələrinin mənsubu olan iki əsgər martın 1-də Küveytin Şuayba Limanı şəhərindəki ABŞ hərbi obyektinə təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində həyatını itirib. Eyni hücumda daha dörd ehtiyatda olan hərbçi həlak olmuşdu.

ABŞ Müdafiə Nazirliyi fevralın 28-də İrana məxsus PUA-nın Port Şuaybaya təşkil etdiyi hücumda ölən altı amerikalı hərbçidən ikisinin Ayova ştatının İndianola şəhərindən olan 45 yaşlı Ceffri R. O’Brayen və Kaliforniyanın Sakramento şəhərindən olan 54 yaşlı Robert M. Marzan olduğunu bildirib.

Pentaqon Marzanın hadisə yerində öldüyünə inanıldığını və dəqiq şəxsiyyət təsbitinin məhkəmə-tibbi ekspertiza tərəfindən tamamlanacağını qeyd edib.

Pentaqon daha əvvəl digər dörd hərbçinin adlarını açıqlamışdı: Florida ştatının Uinter Heyven şəhərindən 35 yaşlı Kodi A. Kork; Nebraska ştatının Belvye şəhərindən 42 yaşlı Noah L. Titjens; Minnesota ştatının Uayt Ber Leyk şəhərindən 39 yaşlı Nikol M. Amor və Ayova ştatının Uest Des Moynes şəhərindən 20 yaşlı Deklan J. Koadi.

Küveytdəki kommersiya limanı olan Şuayba Limanı eyni zamanda ABŞ ordusu üçün taktika nəqliyyat vasitələri və ləvazimat daşınmasında istifadə olunan mühüm logistik mərkəz statusundadır.

Hücum nəticəsində 18 hərbçi də yaralanıb.

Sözügedən PUA hücumu fevralın 28-də İrana qarşı təşkil edilən və aralarında Ali Lider Əli Xameneyinin də olduğu bir çox yüksək rütbəli iranlı rəsminin öldürüldüyü ABŞ-İsrail birgə hücumlarından qısa müddət sonra baş verib.

İran o vaxtdan bəri Körfəz ölkələrini və bölgədəki ABŞ hərbi aktivlərini hədəf alan hücumlarla cavab verir.