DÜNYA
2 dəqiqə oxuma
Fransa BMT-nin Livandakı sülhməramlı qüvvələrinin mandatını uzatmaq üçün qətnamə layihəsi hazırlayıb
BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlı qüvvələrin mandatının 2026-cı ilin avqustuna qədər uzadılması imkanını nəzərdən keçirir, lakin...
Fransa BMT-nin Livandakı sülhməramlı qüvvələrinin mandatını uzatmaq üçün qətnamə layihəsi hazırlayıb
BMT-nin Livandakı sülhməramlı qüvvələri
19 avqust 2025

BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlı qüvvələrin mandatının 2026-cı ilin avqustuna qədər uzadılması imkanını nəzərdən keçirir, lakin İsrail və ABŞ bu müddətin uzadılmasına etiraz ediblər.

BMT Təhlükəsizlik Şurası avqustun 18-də Fransa tərəfindən hazırlanmış və BMT sülhməramlı qüvvələrinin Livanın cənubundakı mandatının daha bir il uzadılmasını təklif edən qətnamə layihəsinin müzakirəsinə başlayıb.

İsrail və ABŞ-ın sülhməramlı qüvvələrin mandatının yenilənməsinə etiraz etdikləri bildirilib. Şurada veto hüququna malik Vaşinqtonun bu qətnaməni dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyil.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) gələcəyi ilə bağlı müzakirələr davam etdiyi üçün "BMT Təhlükəsizlik Şurasında keçirilən danışıqlar barədə şərh vermirik.

Qeyd edək ki, UNIFIL 1978-ci ildə Livana hücumdan sonra İsrailin geri çəkilməsinə nəzarət etmək və Livan hökumətinə sərhəd bölgəsində hakimiyyətini bərpa etməkdə kömək etmək üçün yerləşdirilib.

İlk dəfə "Reuters" tərəfindən elan edilən layihə mətni “UNIFIL-in mandatının 2026-cı il avqustun 31-dək uzadılmasına” çağırır, eyni zamanda “UNIFIL-in geri çəkilməsi üzərində işləmək” məqsədi daşıyır.

Bu, Livan hökumətinin "Cənubi Livanın təhlükəsizliyinin yeganə zəmanətçisi olmasından və tərəflərin hərtərəfli siyasi razılaşmanı qəbul etmələrindən" asılı olacaq.

İsrail və İranın dəstəklədiyi Hizbullah arasında son münaqişədən sonra imzalanan atəşkəsə əsasən Beyrut ordusu Livanın cənubunda yerləşdirilməyə və qrupun infrastrukturunu dağıtmağa başlayıb.

İsrail Livana hücumlarını davam etdirir

Livan “Hizbullah”ın tərksilah edilməsi ilə bağlı ciddi problemlə mübarizə aparır. Bu ay Nazirlər Şurası orduya ilin sonuna qədər bu məqsədlə plan hazırlamağı tapşırıb. İranın dəstəklədiyi qrup bu təşəbbüsə qarşı çıxır.

Atəşkəs İsrailin Livandan tamamilə çıxmasını tələb edirdi. Bununla belə, İsrail strateji hesab etdiyi bölgələrdə qüvvələrini saxlamağa davam edir və ölkə daxilində hücumlarını da eləcə. İsrail qüvvələrinin BMT sülhməramlıları ilə də gərgin toqquşmaları olub.

Təklif olunan qətnamənin mətni həmçinin “Livan və İsrail arasında beynəlxalq sərhədlə bağlı mübahisələrin və ya qeyd-şərtlərin həlli üçün diplomatik səylərin artırılmasına” çağırır.

Şura üzvləri avqustun 18-də təklif olunan qətnaməni müzakirə etdilər. 15 üzvdən ibarət Şura qətnaməni avqustun 25-də sülhməramlı qüvvələrin mandatı ayın sonunda başa çatmazdan əvvəl səsverməyə çıxaracaq.

Araşdırma
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb