İsrail atəşkəsi növbəti dəfə pozaraq Qəzzada dörd fələstinlini öldürüb

Nuseyrat düşərgəsindəki polis avtomobilinə edilən hücumdan sonra Əl-Övda Tibb Kompleksi xəstəxanaya gətirilən yaralıları qəbul etdiyini bildirib

By
İsrail atəşkəsi növbəti dəfə pozaraq Qəzzada dörd fələstinlini öldürüb / AA

Səhiyyə rəsmiləri Qəzzanın şimalında bir nəfərin ölümünə səbəb olan hücumdan bir neçə saat sonra, İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsində bir polis avtomobilinə təşkil etdiyi hava hücumu nəticəsində dörd fələstinlinin həyatını itirdiyini açıqlayıb.

“Wafa” xəbər agentliyi Əl-Övda Tibb Kompleksinə istinadən martın 22-də verdiyi məlumatda hücumun avtomobili birbaşa hədəf almasından sonra qurbanların xəstəxanaya gətirildiyini bildirib. Səhiyyə işçiləri hücumda on nəfərin də yaralandığını qeyd ediblər.

Həmin gün səhər saatlarında Qəzzanın şimalında yerləşən Şeyx Radvan məhəlləsinə təşkil edilən digər bir hava hücumunda bir nəfərin öldüyü və çox sayda insanın yaralandığı xəbər verilib. İsrail ordusu hər iki hadisənin araşdırıldığını qeyd edib.

Atəşkəs pozuntuları

2025-ci ilin oktyabrında atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin yüzlərlə pozuntuya yol verdiyi; ən azı 680 fələstinlini öldürdüyü və 1 800-dən çoxunu yaraladığı bildirilir.

Soyqırımın başladığı 2023-cü ilin oktyabrından bu yana isə İsrailin əksəriyyəti qadın və uşaqlardan ibarət olan 72 minən çox fələstinlini öldürdüyü və 171 mindən çoxunu yaraladığı qeyd edilir.

İsrail bu hücumlar zamanı bölgənin böyük hissəsini xarabalığa çevirərək, əhalinin hamısını yerindən-yurdundan edib.